Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.
Bu sözləri açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova zəncəfilin istifadə qaydasından danışarkən bildirib.
“Zəncəfilin tərkibindəki təsiredici maddələr, məsələn cincirol birbaşa iltihab əleyhinə və antioksidant təsir göstərərək sərbəst radikallarla mübarizədə əsas rol oynayır. Qurudulmuş zəncəfildə ağrıkəsici təsiri var; baş ağrısı, mədə ağrısı və ya digər nahiyələrdə ağrı hiss olunanda qurudulmuş və ya bir az bişirilmiş zəncəfildən istifadə etmək ağrını yüngülləşdirə bilər. Zəncəfil həm mikroblara qarşı təsirli, həm də tərkibindəki B6, C və E vitaminləri sayəsində sinir sistemi funksiyasını yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir, immuniteti gücləndirir və hüceyrələri qoruyaraq yeni hüceyrələrin bərpasına kömək edir. Həmçinin maqnezium, dəmir, sink, kalsium, fosfor və kalium kimi mineralların mövcudluğu sümük sağlamlığını dəstəkləyir, sinir və əzələ funksiyalarını bərpa edir və ürəyin sağlam fəaliyyətinə töhfə verir. Zəncəfilin yağı müalicə vasitəsi kimi istifadə olunur və lifli qida olduğuna görə mədə-bağırsaq sistemini dəstəkləyir”, - o bildirib.
Ekspert zəncəfildən istifadə edərkən onun faydalarından yararlanmaqla yanaşı, zərərlərinə də diqqət etməyin vacibliyini vurğulayıb:
“Həddindən artıq qəbul mədədə yanma, mədə turşuluğunun artması və qəfil spazmlara səbəb ola bilər. Qan laxtalanmasını gecikdirir və qan durulducu təsir göstərdiyi üçün xüsusilə əməliyyat öncəsi çox istifadə olunmamalıdır. Hamiləlikdə diqqətlə istifadə edilməlidir, çünki çox miqdarda qəbul erkən doğum riskini artırır. Həmçinin təzyiqi aşağı salma təsiri olduğundan, aşağı təzyiqli insanlar onu çox qəbul etməməlidir. Bu halda baş gicəllənməsi, baş ağrısı, qəfil ürək getməsi kimi reaksiyalar yarana bilər, çox nadir hallarda isə alerjik reaksiyalar dəridə səpki və qaşınmaya səbəb ola bilər.



Zəncəfil nə zaman orqanizmə ziyan vura bilər?
Gündə bir dilim zəncəfil yeməyin faydaları...
Zəncəfil istifadə edənlərin DİQQƏTİNƏ! Zərərləri də var
İmmuniteti necə gücləndirək?
Özü min bir dərdin dərmanıdır - Qatıqla yeyiləndə isə...
Cökə çayının bilmədiyimiz faydaları
Qocalmanı ləngidir, beyini sakitləşdirir - "Qış meyvəsi"ni quru yeyin
Brokolinin inanılmaz faydaları
Beyin qan dövranını artıran, yorğunluğa qarşı içki
Qara istiotun inanılmaz faydaları
Ədviyyatların müalicəvi xüsusiyyətləri
Hər səhər bir ovuc badam yeyib bu problemlərlə vidalaşa bilərsiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 