Duzsuz pomidor suyu qan təzyiqini aşağı salır.
“Food Science & Nutrition” jurnalında dərc olunmuş bir araşdırmaya görə, müntəzəm olaraq duzsuz pomidor suyu içmək qan təzyiqini və ürək-damar xəstəlikləri riskini azalda bilər.
Gündə 200 ml pomidor suyu içmək ürək-damar xəstəlikləri riski yüksək olanlarda qan təzyiqini və xolesterol səviyyəsini azaldıb.
Tokio Tibb Universitetinin (TMDU) alimləri bir il ərzində 481 iştirakçını izləyiblər. Tədqiqat iştirakçılarına istədikləri qədər pomidor suyu verilib. Könüllülərdən həmçinin gündəlik nə qədər pomidor suyu qəbul etdiklərini və sağlamlıqlarında hər hansı nəzərə çarpan dəyişiklikləri qeyd edən gündəliklər tutmaları xahiş olunub.
Məlumatlar göstərir ki, əksər könüllülər gündə ən azı 200 ml duzsuz pomidor suyu içiblər.
Prehipertoniya və ya hipertoniyası olan 94 iştirakçıda qan təzyiqi 3% azalıb. Bu o deməkdir ki, iştirakçıların sistolik qan təzyiqi ən azı 4 mm civə sütunu azalıb. Diastolik təzyiq isə 3 mm civə sütunu azalıb (140/90 mm civə sütunu və daha yüksək təzyiq yüksək hesab olunur).
Alimlər izah edib ki, pomidora parlaq qırmızı rəng verən likopen birləşməsinin arteriyalarda lövhə əmələ gəlməsinin qarşısını aldığı və qan təzyiqinin aşağı düşməsinə kömək etdiyi bildirilir. Likopen aşağı sıxlıqlı lipoproteinləri (LDL) və ya "pis" xolesterolu inhibə edir, pomidordakı birləşmələr qida xolesterolunun nazik bağırsaqda udulmasını və qaraciyərdə sintezini azaldır.



Qan təzyiqini aşağı salan MÖCÜZƏVİ İÇKİ
3 gündə 3 kilo arıqladan PƏHRİZ
Evdə acılı əzmə necə hazırlamaq olar?
Daha 11 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi
Qara pomidor. Qeyri-adi tərəvəzin inanılmaz faydaları
Türk həkimlər pomidorun orqanizmə 7 faydasını AÇIQLADI
Dəniz suyunun müalicə etdiyi 8 xəstəlik
Daha 16 müəssisədən alma ixracına icazə verildi
Suyu belə içmək ziyandır
Ətli əncir dolması necə hazırlanır? - QAYDASI
Qanı təmizləyən ÜÇ MÖCÜZƏ
Lokum kimi ət ilə badımcan resepti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 