İspan alimlər müəyyən ediblər ki, Aralıq dənizi pəhrizi fiziki aktivlik və kalorinin azaldılması ilə birlikdə tətbiq olunduqda 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə azaldır.
ONN media xəbər verir ki, araşdırmanın nəticələri "Annals of Internal Medicine" jurnalında dərc olunub.
Tədqiqat Avropanın ən böyük qidalanma layihələrindən biri olan "PREDIMED-Plus" proqramı çərçivəsində aparılıb. Araşdırmada 55-75 yaş aralığında artıq çəki və ya piylənmədən əziyyət çəkən 4746 nəfər iştirak edib.
İştirakçılar iki qrupa bölünüb. Birinci qrup aşağı kalorili Aralıq dənizi pəhrizi ilə yanaşı müntəzəm fiziki aktivlik və mütəxəssis dəstəyi alıb. Digər qrup isə adi Aralıq dənizi pəhrizinə riayət edib.
Altı illik müşahidə nəticəsində müəyyən olunub ki, birinci qrupda diabetə tutulma riski 31 faiz daha az olub. Həmin şəxslər orta hesabla 3,3 kiloqram çəki itirib və bel ətrafında incəlmə müşahidə olunub.
Alimlər bildiriblər ki, bu yanaşma ciddi məhdudiyyətlər tələb etmir və gündəlik həyatda asanlıqla tətbiq oluna bilər.
Alimlər diabet riskini azaldan yeni qidalanma üsulu hazırlayıblar



Məşhur insanların pəhrizləri bunlardır
İnsultdan yayınmağın əsas üsulu nədir?
Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur - Alimlərin araşdırması
Daha çox yaşamaq istəyirsinizsə, bu vərdişləri TƏRGİTMƏYİN
Uzunömürlülüyün SİRRİ bu məhsuldadır
Ürək xəstəliklərindən qorunmağın YOLLARI
Xərçəngin qarşısını almağın ən sadə yolu tapıldı
Gündə 53 qramdan artıq pendir yeməyin!-SƏBƏBİ
Televizora baxmaq bu xəstəliyi yaradır
Acqalma xroniki xəstəlikləri sağaldır - Faydalı məlumat
Fındığın inanılmaz faydası- XƏRÇƏNGƏ YOLUXMA RİSKİNİ AZALDIR
Daha az yemək üçün 5 ədəd badam metodu...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 