Son illərdə ağız boşluğu və udlaq xərçənginin daha gənc insanlarda aşkarlanması diqqət çəkir. Əvvəllər əsasən 60 yaşdan yuxarı şəxslərdə rast gəlinən xəstəlik artıq 40-50 yaşlı insanlarda da müşahidə olunur.
ONN media xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı onkoloq Yevgeni Çeremuşkinin sözlərinə görə, xəstəliyin əsas səbəblərindən biri siqaret və elektron siqaret istifadəsidir.
Onun sözlərinə görə, tütün tüstüsü və veiplərdəki zərərli maddələr ağız boşluğunun selikli qişasını zədələyərək xərçəng riskini artırır.
Həkim qeyd edib ki, xroniki iltihablar da xəstəliyin yaranmasına səbəb ola bilər. Xüsusilə müəllimlər, müğənnilər və zərərli istehsalat sahələrində çalışan insanlarda selikli qişanın uzunmüddətli qıcıqlanması təhlükə yaradır.
Mütəxəssis virus infeksiyalarının da risk faktorlarından biri olduğunu vurğulayıb.
Həkimin sözlərinə görə, xəstəliyin ilkin əlamətləri çox vaxt adi iltihabla qarışdırılır. Əsas simptomlar arasında ağızda ağrı, yanma hissi, sağalmayan yaralar, udqunma zamanı narahatlıq və selikli qişada dəyişikliklər yer alır.
Çeremuşkin bildirib ki, ağız boşluğunda uzun müddət keçməyən hər hansı dəyişiklik zamanı mütləq həkimə müraciət edilməlidir.
Onun sözlərinə görə, müalicədə əsasən kimyaterapiya, şüa terapiyası və bəzi hallarda cərrahi müdaxilə tətbiq olunur. Ağız və udlaq nahiyəsinin mürəkkəb anoatomik quruluşa malik olması müalicəni çətinləşdirir.
Həkim əlavə edib ki, uzun illər siqaret çəkən və alkoqoldan istifadə edən insanlarda xəstəliyin gedişi daha ağır olur. Buna görə erkən diaqnoz böyük əhəmiyyət daşıyır.



Ağız xərçənginin ilk əlamətləri nədir?
COVİD-19-un daha bir simptomu AŞKARLANDI
Gənclər arasında sürətlə bu xəstəlik yayılır
Səhhətinizdə bu əlamətlər varsa deməli siz...
Kişilərdə süd vəzi xərçəngi artır
Bu məhsul xərçəngə səbəb olur – Onkoloqdan XƏBƏRDARLIQ
Xarab dişlər bu ağır xəstəliyin riskini artırır
Ən çox xərçəngə meyilli orqan hansıdır?
Kimə sarımsaq yemək olmaz?
Siqaret depressiya və şizofreniyaya səbəb olur?
Şirin içkilər xərçəng riskini artırır
DİQQƏT - Bu vitaminin qəbulu XƏRÇƏNG yarada bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 