Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan arıqlama çayları və kofeləri, müxtəlif dərman preparatları, eləcə də qida əlavələrinin ölkəyə gətirilməsi hallarında ciddi artım müşahidə olunub.
ONN media Xəzər TV-yə istinadən xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Komitədən qeyd olunub ki, "Şəxsi istifadə" adı altında bəyan olunan bu məhsullar çox vaxt kommersiya məqsədilə digər istehlakçılara satılmaq üçün ölkəyə gətirilir. Elə sosial şəbəkələrdə "arıqlama çayları və kofeləri" adı altında fəaliyyət göstərən səhifələrin artması, bu tip reklamların qarşımıza tez-tez çıxması, yazılan şərhlərdən də görünür ki, belə məhsullara maraq böyükdür.
Həkim-endokrinoloq Jalə Oqtayzadə deyir ki, sözügedən arıqlama çaylarının və kofelərinin heç biri arıqlatmır, əksinə, mütəmadi istifadədə ciddi problemlər yaradır.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, vətəndaşlar bu tip qida əlavələrini alarkən və ya xaricdən sifariş verərkən diqqətli olmalıdırlar. "Arıqladıcı" və ya "kökəldici" adı ilə satılan dərmanlar dövlət qeydiyyatına alınmalı və dərman vasitələri haqqında qanunun tələblərinə uyğun şəkildə dövriyyəyə buraxılmalıdır.
Qeyd edək ki, naməlum mənbələrdən, xüsusilə sosial şəbəkələr və xarici internet platformaları vasitəsilə təqdim olunan "arıqladıcı", "enerji artırıcı", "müalicəvi" adı altında satılan məhsulların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi cinayət məsuliyyəti də yaradır.



Arıqlama həbləri bu xəstəliklərə səbəb olur
Uyğun olmayan pəhrizin inanılmaz zərərləri
Arıqlama çaylarında öldürücü maddə aşkarlanıb
Arıqlamaq üçün olan dərmanın zərəri nədir?
Azərbaycana dərman gətirilməsinə qadağa qoyulub?
Külli miqdarda dərman məhv edildi
Bitki çayları alkoqolun təsirini azaldır?
Arıqlamaq istəyərkən yol verdiyiniz 5 SƏHV
Həkimlərin ən çox məsləhət gördüyü bitki çayları - MARAQLI FAKTLAR
Azərbaycanda bu məhsullar ucuzlaşdı
Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
Azərbaycanda yeni QADAĞA tətbiq ediləcək
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 