Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı bölgələrinin birində 11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasimini əks etdirən görüntü sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub. ONN media xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, erkən nikah dövrümüzün həllini tapmayan problemlərindəndir: “Hazırda Azərbaycanın xüsusilə cənub bölgəsi başda olmaqla, bir çox regionunda eyni hal yaşanmaqdadır. Həmin regionlara baxdıqda görünür ki, qadınların nikah yaşı 18 yaşın altındadır. Halbuki dövlət rəsmi nikah yaşını 18 olaraq təyin edib. Qadınlar üçün 22-24, kişilər üçün isə 26-28 yaş normal nikah yaşı sayılır. Ancaq bu o demək deyil ki, qızlar və oğlanlar məhz bu yaş aralığında nikaha daxil olmalıdır. Əgər bir insan maddi, fizioloji, psixoloji olaraq nikaha hazır deyilsə, yaşından asılı olmayaraq, ailə qurmamalıdır”. Psixoloq deyib ki, ailələr övladlarını erkən nikaha məcbur etməməlidir: “Bunun fəsadları olduqca ağır ola bilər. Belə ailələr, əsasən, uğursuz olur. Bu ailələrdə doğulan körpələr də normal tərbiyə ala bilmir, çünki valideynlər buna hazır olmurlar”. Psixoloqun sözlərinə görə, uğurlu nikah üçün ən önəmli şey məsuliyyət hissinin formalaşmasıdır: “22 yaşdan aşağı insanların evlənmələri məsləhət deyil. Çünki bu yaşa qədər olan insanların bir çoxunda məsuliyyət hissi tam mənasında formalaşmır. Bir insan məsuliyyət hissini özündə tam olaraq dərk etmirsə, bu, istənilən halda onun ailəsinə təsir edir. Bu gün boşanmaların sayına təsir edən digər amil xəyanətdir. Əslində ailədə xəyanətin yaşanmasına erkən nikah amili təsir edir. Belə ki, erkən nikaha daxil olan şəxs sevmir, sevgini anlamır və kor-koranə ailə qurur. Sonrakı illərdə birini sevir və sevgisinin ardınca gedərək ailəsini dağıdır. Sosial motivli verilişlərə baxdıqda xəyanət edən, boşanan insanların əksəriyyəti ya “uşaq idim, evləndim, bilmirdim” deyir, ya da “ailəm məcbur evləndirdi” deyir. Göründüyü kimi, erkən nikahın fəsadları bu və digər formada mütləq özünü büruzə verir”.
Oğlan və qız neçə yaşda ailə qurmalıdır? – Psixoloq AÇIQLADI



Cəmiyyəti ciddi narahat edən erkən nikah problemi: Həkimlərdən XƏBƏRDARLIQ
Maraqlı STATİSTİKA: Gənc xanımlar yaşlı kişilərlə, gənc oğlanlar yaşlı qadınlarla evlənir
DİQQƏT- Bu valideynlər cəzalanacaq
Yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirdi - GƏNCƏDƏ
Azərbaycanda ŞOK OLAY: 14 yaşlı qız ana oldu
Azərbaycanda 18 yaşadək evlənən gəlin və bəylərin SAYI nə qədərdir?
Masallıda 16 yaşında ərə verilən qız öldü - Dövlət qurumları hərəkətə keçdi
Azərbaycanda 94 yaşlı şəxs EVLƏNDİ
Xaricdəki azərbaycanlıların nəzərinə
Nikaha girənlərin xalauşağı olduğunu necə biləcəklər?
Rəsmi nikah və kəbinlə bağlı xəbər var
Nikah və boşanmaların sayı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 