13 rəqəminə təkcə baxmaları, eşitmələri kifayətdir ki, panikaya düşsünlər. Dərhal fikrinə ölümdən tutmuş faciələrə kimi gəlib keçir. Bir rəqəmdən narahatlıq, təşviş keçirənlər 13 rəqəminin nəhs olmasını, xalq inanclarını, əsatirləri, hardansa eşitdikləri mifləri, faktları misal çəkərək, özlərini haqlı çıxarır. Əslində isə bu fobiyalardan biridir. Bu fobiyanın belə dərin kökm salmasının səbəblərini araşdırıb, psixoterapevtik yardım və müalicə almaq lazımdır. ONN media triskadefobiya adlanan 13 kabusunun səbəblərini araşdırıb. 13 rəqəmindən dövlət başçılarından tutmuş aviaşirkətlərə kimi ehtiyat edir. Daha çox xristian aləminin qorxduğu bu rəqəm İsa peyğəmbərin cümə günü, 13 -ü tarixində çarmıxa çəkilməsi dövründən qaynaqlanır. Tarixi kökü olan bu inanc nəsildən nəslə ötürülüb. Hətta müasir dövrdə də bəzi aviaşirkətlər və otellər 13-ü tarixində reysləri ləğv edib, 13 rəqəmli otel otağı yoxdur. Statistikaya görə, 13 tarixində təyyarəyə bilet alanların sayı digər tarixlərə nisbətən az olur. 13 tarixində toy və xüsusi gün qeyd edənlər də azdır. Triskaydefobiyanın əlamətləri: -13 ilə bağlı hər bir xırda şeydən qorxmaq, çəkinmək, uzaqlaşmaq -13 tarixində, günündə və ya 13-cü mərtəbədə qorxu, nevrozluq, təşviş -Fiziki olaraq ağrılar: sinədə sıxılma, ürəkbulanma, ürək çırpınma, tərləmə, əsmə -Tutma və panik atak halları -Logik düşüncənin itməsi -Bu fobiya yanaşı olaraq digər fobiyaları da cəlb edir. Daha çox 10 yaşından yuxarı yeniyetmələrdə, ailədə 13 rəqəmindən qorxan varsa digər ailə üzvlərində, eləcə də yaşlı insanlarda rast gəlinir. Əgər bir insanın başına 13-ü tarixində faciə gəlirsə, onda həmişəlik bu fobiya iz qoya bilər. Nə etməli: Belə insanları çox qınamayıb, əksinə panikavə təşvişini azaltmaq üçün emosiyalarını ələ almağa yardım etmək lazımdır. Tibdə bunu psixiatrlar müalicə edir. -Hipnoterapiya ilə şüuraltından fobiyanın kökünü ləğv etmək -Simptomları və digər əlamətləri götürmək üçün müasir preparatlar təyin edilir -neyrolinqvistik proqramlaşdırma - yeni uğurlu metoddur. İnsanda yeni cavab reaksiyaları formalaşdırır, travmalı xatirələri insan özü neytrallaşdırır.(medicina.az)
13 rəqəmindən qorxanlar – Triskadefobiyadan necə qurtulmalı?



Ədəbi fədaimiz-Yunus OĞUZ
Dünya BU TARİXİ gözləyir - Azərbaycanda çox sayda...
Otellər açılışa hazırdır- Qiymətlər açıqlandı
Yunus Oğuzun obrazları tarixdəki missiyasına tamamilə uyğundur
Novruzun ilk müjdəçisi: Xıdır Nəbi bərəkət paylayır
Neçə saat yatmalıq?
Koronavirusun yaratdığı təşviş fonunda insanlar necə davranmalıdırlar? - Psixoloqdan tövsiyələr
Arutunyan Xocavəndə getdi
90-dan çox aviareys ləğv edildi - SƏBƏB
Alimlər koronavirusla YENİDƏN YOLUXMA səbəblərini açıqladı
İlham Əliyev: Bu gün Qubadlının tarixində əlamətdar və tarixi bir gündür
AMEA-da otaq çatışmazlığından 8 şöbə ləğv olunur - SİYAHI
Flora Kərimovanın son VƏZİYYƏTİ
İyunun 21-də keçiriləcək imtahanla bağlı vacib açıqlama
İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bakının bu iki rayonunda işıq OLMAYACAQ
Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür
"Azeri Light" neftinin qiyməti 4 faizdən çox ucuzlaşıb
"Qarabağ"ın Avropa Liqasındakı ilk rəqibi bu gün bəlli olacaq
Bəzi ərazilərə intensiv yağış yağır
"Space" TV-yə yeni bədii rəhbər təyin olundu
Moskva–Naxçıvan reysində təhlükəli səhv
ABŞ İrana 300 milyon dollar ödəyəcək?
Bu 7 əlamət varsa, problem səndə yox, nəsildəndir
Sərnişin avtobusu dərəyə aşdı- ÖLƏNLƏR VAR
Türkiyə MN Azərbaycanı təbrik etdi 