Tanınmış telejurnalist İlkin Həsəni məşhur uşaq qidası "Aptamil”lə bağlı kifayət qədər narahatedici məlumat yayıb.
ONN media xəbər verir ki, İ. Həsəni yeni doğulmuş övladı üçün Hökümət Evinin arxasında yerləşən Mərkəzi aptekdən aldığı Almaniya istehsalı olan "Aptamil” uşaq qidasından kəskin qoxu gəldiyini yazıb. Jurnalistin sözlərinə görə, 60 manata aldığı qidanı aptekə qaytarmaq istəsə də, yiyə durmayıblar:
"Bundan öncə də bu qidadan istifadə etdiyimiz üçün bu bağlamanı açanda xoşagəlməz qoxunu və bağlamadakı şişkinliyi hiss edib qidanı geri qaytarmaq istəsəm də alınmadı. Qutu bir neçə gün aptekdə qaldıqdan sonra "biz firmaya göndərdik, onlar da dedi ki, hər şey qaydasındadır” cavabını aldım. Eyni qidanı Alman aptekindən aldım, qoxusunda yerlə göy qədər fərq var”.
İ Həsəni qidanı laboratoriyaya verərək yoxlatdırmaq istədiyini də deyib.
Məsələ ilə bağlı Medicina.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib. Onun sözlərinə görə, idarəyə bu il ərzində uşaq qidaları ilə bağlı heç bir şikayət daxil olmayıb:
"Əgər hansısa şəxsin bununla bağlı narahatlığı varsa yoxlada bilər. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilməlidir. Qurum tərəfindən həmin qida yoxlanılacaq”.



İlkin Həsəni xanımı ilə belə görüntüləndi - FOTO
İlkin Həsəni yenidən ata oldu
İlkin Həsəni yazdığı statusa görə işdən çıxarılıb? — AÇIQLAMA
İlkin Həsəni qəza keçirib
Aktyor İlkin Həsəni ata olub
İlkin Həsəni BNA-nı tənqid etdi - VİDEO
Aparıcı İlkin Həsəni bu yoldan şikayətçidir
“Gəlişini mayda gözləyirdik, özünü marta çatdırdı”
Saqqız çeynəmək nəyə zərərdir?
Bu qidalara diqqət! – Ekspert xəbərdarlıq edir!
İran Atlantik okeana hərbi gəmi göndərir
“Danette”nin satışda olan kiflənmiş məhsulu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 