Müasir insanın həyatı streslərlə doludur. Çoxsaylı araşdırmalar stressin insan sağlamlığı üçün çox ziyanlı olduğunu təsdiq edib.
Çoxdan məlumdur ki, xroniki stress bir çox xəstəliklərin inkişafına (ürək-damar, endokrin, sinir, mədə-bağırsaq, şiş və s.) təkan verir.
ONN media bildirir ki, mütəxəssislər stressi azaltmaq üçün üsullar axtarır. Növbəti araşdırma göstərib ki, stressə qalib gəlmək üçün gün ərzində ən azı 45 dəqiqə ərzində şəkil çəkmək lazımdır. Alimlər sübut edib ki, hətta şəkil çəkə bilməyən və çox sadə "uşaq" şəkilləri çəkən insanlarda bu çox yaxşı nəticə verir.
IFLScience məlumatına görə, alimlər xüsusi eksperiment aparıblar. Eksperimentdə 39 insan (həm peşəkar rəssamlar, həm də rəssamlıq qabiliyyəti olmayanlar) iştirak edib. Onlara 45 dəqiqə ərzində istənilən materiallardan istifadə etməklə incəsənətin istənilən növü ilə məşğul olmağı təklif ediblər. Eksperimentdən əvvəl hər iştrakçının ağız suyunda stress hormonu olan kortizolun səviyyəsini təyin ediblər.
45 dəqiqədən sonra məlum olub ki, əksər iştirakçıların orqanizmində kortizolun səviyyəsi düşüb. Bu həm peşəkar rəssamlarda, həm də rəssamlıqdan uzaq olan insanlarda baş verirdi.
Art-terapiya streslə mübarizədə çox yaxşı effekt verib. Alimlər tez-tez streslərə məruz qalan insanlara stressi atmaq üçün incəsənətlə məşğul olmağı tövsiyə edirlər.



Streslə necə mübarizə aparaq?
ANTİ-STRESS məhsullar hansılardır? - SİYAHI
Ürəyi qoruyan ən yaxşı vasitə
Stressi azaldan qeyri-adi üsul
Qucaqlaşmağın inanılmaz - 11 FAYDASI
Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur - Alimlərin araşdırması
Əhvalınız pisdirsə, bunu edin...
Kartofun bu faydasını biləndən sonra hər gün yeyəcəksiniz
Meyvə şirələri həyatı qısaldır?
Daha çox yaşamaq istəyirsinizsə, bu vərdişləri TƏRGİTMƏYİN
Səhərlər bunu etmək təhlükəli xəstəliklərin qarşısını alır - ARAŞDIRMA
Saqqızı neçə dəqiqə çeynəmək olar?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 