Amerika alimləri müəyyən ediblər ki, Verdana kompyuter şrifti gözlər üçün daha təhlükəsizdir. Göz əzələləri bu şriftlə yığılan mətnlərin oxunuşunda daha az gərginləşir. Hərflərdə kərtmələr olmadığından Verdana yaxşı "oxunaqlığa" malikdir.
ONN media bildirir ki, göz üçün ekran şriftinin ən optimal ölçüsü 10-12 punktdur. Məlumdur ki, monitor arxasında uzun müddətli oturmaq gözləri gərginləşdirdiyindən zərərlidir. İnsan gözü daha çox uzağa baxmaq üçün nəzərdə tutulub. Bundan başqa göz, əşyaları işığın əks olunması şəraitində görməyə uyğunlaşdırılıb. Monitorlar isə işığı buraxır, əks elətdirmir. İş üçün isə adi məsafə yarım metrə qədərdir. Bu da zamanla gözün itiliyinə mənfi təsir edir.
Çoxları görmə qabiliyyətinin zəifləməsini hiss edirlər, digərlərində gözlər ağrayır, qaşınır və qızarır.
İndi hansı şriftin təhlükəsiz olduğunu biləndən sonra və kompyuter arxasında çoxlu vaxt keçirtmək lazım olan insanlar gözlərini biraz az gərginləşdirə bilərlər.
Alimlər tərəfindən dəqiq müəyyən olunub ki, kompyuter monitorlarının bütün növləri hətta maye kristallı monitorlar gözlərə zərərli təsir göstərir.
Monitorların gözə zərərli təsiri ondan ibarətdir ki, istifadəçi kompyuter arxasında oturaraq, daha az gözlərini qırpır. Görüntülərin detallarını yaxşı görmək üçün insana gözlərini qıymaq lazım gəlir. İstifadəçi nə qədər çox gözlərini qıyırsa, bir o qədər az gözlərini qırpır.
Göz maksimal gərginliyə çatdıqda qırpma tezliyi 4 dəfə azalır. Gec qırpmalar nəticəsində gözlər kifayət qədər nəmlənmir. Bu da gözlərə diskomfort , quruluq, gözlərdə "qum" hiss elətdirir. Həkimlər, kompyuter arxasında işləyərkən gözləri tez tez qırpmağı məsləhət görürlər. Həmçinin gözlərə "süni göz damcıları" preparatı damızdırmaq olar.
Problemin əsl həll yolu, konkret şəraitlərə və konkret insana uyğun olaraq parlaqlığı və rəngliliyi tənzimləyən qabaqcıl monitorlar ola bilər.



Göz gigiyenasına belə əməl edin
Görmə qabiliyyətini necə yaxşılaşdıraq?
Kompüterdən yorulan gözlərinizi sakitləşdirin
Koronavirus gözə necə təsir edir?
Komputerin yaratdığı xəstəliklər
İnsultun yaxınlaşmasını göstərən - 4 ƏLAMƏT
Göz üçün faydalı qidaların siyahısı
Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
Kompüterin insanda yaratdığı təhlükəli xəstəliklər- XƏBƏRDARLIQ
Ofis şəraitində işləyənlərin DİQQƏTİNƏ
Balığın köhnə olduğunu necə bilmək olar?
Gözəl görünmək üçün nə qədər yatmaq lazımdır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 