Hazırda tut növlərindən ən zərifi, ən dadlısının mövsümüdür. Şirəli ağ tut uşaqdan yaşlıya insan orqanizmi üçün saysız-hesabsız faydalara malikdir. Başqa meyvələri alıb masaya düzüb yeməyə öyrəşdiyimizdən, ağacdan ayrılandan sonra ömrü az olan bu meyvəni 1 stəkan yeməklə kirfayətlənirik. Halbuki mövsümündə istər ağ, istər qara tut gün ərzində azı 100 qr yeyilməlidir. Medicina.az ağ tutun 10 maraqlı faydasını təqdim edir. 1.Qan əmələ gətirir, qanazlığında yeyin Ağ tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qanazlığı olanlar bu meyvədən ilboyu təzəsini və qurusunu yesin 2. Tərlədici, bəlğəmgətiricidir Orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir, tərlədicidir. Bu məqsədlə tutun şirəsini için. Yarpaqları da, qabıqları da eyni təsir edir. 3. İmminiteti möhkəmlədir Tez-tez xəstələnən, zəif insanlar yay-qış yesin. İmmuniteti qaldırır, orqanizmi səfərbər edir, maddələr mübadiləsini yaxşılaşdırır, insanı qüvvətləndirir 4. Qaraciyəri təmizləyir Ağ tut qaraciyəri toksinlərdən təmizləyir, işini yaxşılaşdırır, qaraciyər hüceyrələrini yeniləyir. 5. Ürək, qan-damar sağlığını qoruyur Qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir, nəticədə ürək yorulmur. Tut ürək infarktı riskini azaldır, iflici önləyir. 6. Görməni yaxşılaşdırır Tut şirəsi kompüterdə işləyən insanın gözləri üçün çox lazımdır. Uzun müddət radiasiya və işığa məruz qalan gözlər üçün bol A vitamini mənbəyidir. Retinapatiya və görmə zəifləməsini yaradan sərbəst radikalları zərərsizləşdirir. 7. Böyrəkləri təmizləyir 20 qram ağ tut bir stəkan suda 20 dəqiqə saxlanılıb içiləndə sidikqovucu təsir edir. Sidik kisəsi, sidik yolları, böyrəkləri tut şirəsi yuyur. 8. Xərçəngə qarşıdır Tutun tərkibində olan antioksidantlar xərçəngə yoluxma riskini azaldır, xərçəngə tutulmuş insanda isə şişlərin azalmasına səbəb olar. Xüsusən prostat xərçənginə qarşı təsirlidir. 9. Qanda şəkəri tənzimləyər Çox insanlar tut şirindir deyə, diabet xəstələrinə onu teməyi tövsiyə etmirlər. Lakin Amerika Diabet Dərnəyi 20 insan üzərində apardığı təcrübənin nəticəsində məlum oldu ki, tut qanda qlükoza səviyyəsini düşürür. 10. Dərini gözəlləşdirir Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edir, dəri xəstəliklərində sağaldıcı təsiri var. Çox quru dərilərə tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska edirlər. Tut dərini qoruyur, dəri xərçənginə qarşı təsirlidir. Eləcə də saçları sağlamlaşdırır. Tutu qaynadıb suyunu saç köklərinə çəkib, saçları yaxalayın. Bütün bu faydaları əldə etmək üçün, il boyu həm ağ, həm qara tutu özünüzdən əsirgəməyin.
Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...



Azərbaycanda bitən bu bitki VİTAMİN BOMBASIDIR
Qocalmaq istəməyənlər bu meyvəni yesin
Bu meyvənin faydalarına inanmayacaqsınız
İbn Sinanın sağlam qidalanma barədə məsləhətləri
Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin - FAYDALARI
Payızda hər gün nar yeməyin 10 faydası
Azərbaycanda tütün istehsalı artıb
Çox çay içmək nə üçün ziyanlıdır?
Portağal və alma şirəsinin faydası
Meyvə şirələrinin inanılmaz faydaları
Təbii ağrıkəsici - Nektarinin inanılmaz faydaları
İmmunitet üçün super qarışım
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 