Şirələr orqanizmdə çox tez həzm olunur və mənimsənilir. Həzmetmə sistemi minimum enerji sərf etməklə həmin prosesi bir neçə dəqiqəyə həyata keçirir, şirələr orqanizmin hüceyrə və toxumalarını ən yaxşı və münasib üsulla ən vacib element və vitaminlərlə təchiz etməyə qadirdir.
ONNmedia AZƏRTAC-a istinadən bildirir ki, portağal şirəsinin tərkibindəki karotin maddəsi ona sarı və qırmızı rəng verir, güclü antioksidant təsirə malikdir, şişlərin yaranmasına və inkişafına mane olur. Amerikalılar səhər, günorta və axşam yeməyindən əvvəl təzə portağalın şirəsini içirlər. Həkimlər hesab edirlər ki, həmin şirə ən güclü antikanserogen təsirə malikdir.
Portağal şirəsinin tərkibində yüksək miqdarda C vitamini olduğu üçün qış vaxtı profilaktik və müalicə məqsədilə soyuqdəymə və avitaminoz xəstəliyi zamanı əvəzsizdir. O, tonusu yüksəldir, yorğunluğu aradan qaldırır və qan damarlarını möhkəmləndirir. Həkimlər ateroskleroz və hipertoniya, habelə qaraciyər xəstəlikləri zamanı portağal şirəsi içməyi məsləhət görürlər. Portağal şirəsi bakteriyanı öldürür, immuniteti qaldırır, artıq çəkini azaldır. Onda orqanizmi xolesterindən azad etmək və peristaltikanı normallaşdırmaq keyfiyyəti də var. Lakin mədə və onikibarmaq xorası, bağırsaqlarda pozğunluq və qastrit zamanı şirədən imtina etmək lazımdır.
Alma şirəsi aşağı kalorilidir, tərkibində çoxlu dəmir olduğuna görə qanazlığında xeyirlidir və böyrək daşlarının xaric edilməsinə səbəb olur, orqanizmi şlaklardan təmizləyir. Alma şirəsi qaraciyər və bronxlarda problemi olanlar üçün çox faydalıdır. Piylənmə zamanı 100 qram alma şirəsi, 50 ml yemiş şirəsi, 5 ml pomidor şirəsi və 25 ml limon şirəsi qarışığından istifadə edirlər. Şirə qanazlığı və avitaminoz zamanı qəbul edilir.
Turş alma şirəsi aşağı turşulu mədə xəstəlikləri və qəbizlik zamanı qəbul edilir. Ateroskleroz, piylənmə, hipertoniya və öd kisəsi xəstəliklərində yeməkdən 15-30 dəqiqə qabaq yarım stəkan alma şirəsi içilir.
Alma ilə yerkökü şirəsinin qarışığı ürək və bağırsaq xəstəliklərinə qarşı səmərəli müalicə vasitəsidir.



Meyvə şirələrinin inanılmaz faydaları
Meyvə çəyirdəklərinin inanılmaz FAYDALARI
Ürək və damarların ən böyük dostu
Bu qidalar immuniteti gücləndirir
Cökə çayının bilmədiyimiz faydaları
Hansı şirə şiş hüceyrələrinin qatilidir? – ALİMLƏR AÇIQLADI
Hər gün bunları yeyin enerjiniz artsın
İmmunitet üçün super qarışım
Portağalın bilinməyən 10 FAYDASI NƏLƏRDİR?
Siqaret çəkənlər ən çox bu qidaları yeməlidir - Nikotini zərərsizləşdirən 7 ərzaq
Kartof şirəsinin İNANILMAZ FAYDALARI
Bütün növləri xeyirli olan TƏRƏVƏZ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 