Tərkibi vitamin və mikroelementlərlə zəngin olan meyvə şirələri orqanizm üçün çox faydalıdır. Şirələr həm təbii, həm də qablaşdırılmış formada hazırlanır.
ONN media xəbər verir ki, ev şəraitində meyvə şirələri hazırlayarkən məhsulun orqanikliyinə, çürük və çatlaq olmamasına fikir vermək lazımdır. Meyvələr axar su altında tərtəmiz yuyulandan sonra şirəçəkən maşında çəkilməlidir. Çəkiləndən sonra 10 dəqiqə ərzində içmək məsləhətdir, çünki meyvə şirələri çəkiləndən sonra 2-3 saat qalanda tərkibi dəyişir və faydası qalmır.
Diyetoloqlar alma, portağal və qreypfrutdan alınan şirələrin daha faydalı olduğunu bildirirlər. Həkim-diyetoloq Ləman Süleymanova bu barədə Azərtac-a deyib: “Portağal şirəsi S vitamini ilə zəngindir və antioksidant xüsusiyyətə malikdir. Tərkibində kalium və maqnezium olduğuna görə ürək xəstələri üçün xeyirlidir. Qreypfrut şirəsi antioksidant olmaqla yanaşı, yağyandırıcı xüsusiyyətə malikdir. Nar şirəsi isə daha çox faydalı antioksidant sayılır. Onun 1 stəkanı 4 stəkan zoğal şirəsinə və 10 stəkan yaşıl çayın tərkibində olan antioksidanta bərabərdir. Gün ərzində 250 milliqram qəbul edilməsi orqanizm üçün yetərlidir”.
Təbii meyvə şirəsinin faydası ilə yanaşı, bəzi əks təsiri də var. Fruktoza ilə zəngin olduğuna görə meyvə şirəsini şəkərli diabet xəstələrinin qəbul etməsi məsləhət görülmür



Mağazalarda satılan meyvə şirələrində böyük təhlükə
Meyvə şirələri həyatı qısaldır?
Portağal və alma şirəsinin faydası
Hansı şirə şiş hüceyrələrinin qatilidir? – ALİMLƏR AÇIQLADI
Meyvə çəyirdəklərinin inanılmaz FAYDALARI
Acqarnına bunları etməyin - 4 SƏHV
Təzyiq xəstələrinin diqqətinə
Təbii ağrıkəsici - Nektarinin inanılmaz faydaları
Bananın daha bir möcüzəvi faydası üzə çıxdı
Yaddaşınızı möhkəmləndirmək, təzyiqi salmaq üçün bunları için
Bu saatlarda meyvə yemək olmaz
Qocalmanı ləngidən UNİKAL MEYVƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 