Tez-tez doğum evində qadınlarda süd azlığı olur. Evə gəlib dincəldikdən sonra qadın südün çoxalmasını hiss edir.
Bu halda mütləq süd ifrazının azalmasının qarşısını almaq və körpənin tələbatına uyğun olaraq onun artırılmasına çalışmaq lazımdır.
ONN media saglamolun.az-a istinadən bildirir ki, süd verən ana fiziki gərginlikdən uzaq, sakit emosional şəraitdə olmalı, çoxlu müsafir qəbul etməməli, kifayət qədər qida və maye qəbul etməlidir. Kompot, müxtəlif şirələr, çay, südlü çay, qazsız mineral sular içmək olar. Qazlı şirin sular, təmiz inək südü məsləhət görülmür. Xüsusən əmizdirməkdən 10-15 dəqiqə qabaq və 20-30 dəqiqə sonra maye qəbul etmək lazımdır.
Maye qəbul edilməsinə tələbat yoxdursa, özünüzü məcbur etməyin. Tələbat varsa bütün işlərinizi atıb mütləq maye qəbul edin. Əks halda, südünüz azala bilər.
Körpəyə ana südü azlıq edirsə körpəni daha tez-tez əmizdirin. Ana südünün hər bir damlası körpə üçün çox dəyərli bir nemətdir. Həmçinin körpənin tez-tez əmizdirilməsi laktasiyanı gücləndirir. Süd vəzisinin dolmağını gözləməyin - körpəyə nə qədər fasilə ilə süd versəniz, bir o qədər də gec süd gələcək.
İndi apteklərdə laktasiyanı gücləndirmək üçün xüsusi preparatlar satılır. Bu haqda uşaq həkimi ilə məsləhətləşin.
Bütün bunlara baxmayaraq süd çatışmırsa, körpəyə əlavə olaraq xüsusi süd qarışıqları vermək olar. Ancaq hər bir halda ana südünün miqdarını azaltmayın. Körpənin qidalandırılmasında ana südü həcmcə üstünlük təşkil etməlidir.
Yalnız ana südü ilə əsas qidalanmadan sonra körpəyə şüşədən süd təklif edin. Əlavə qidanın həcmi körpənin iştahasından asılıdır. Uşağın çəkisi 4,5 kq-dan artıqdırsa, o, 100-150 qr südü bir dəfəyə içəcək. Uşağın çəkisi 4,5 kq-dan az olarsa, o, bir qədər az miqdarda süd içəcəkdir. Körpəni ana südü ilə əmizdirdikdən sonra ona əlavə olaraq 80-90 qr süni süd təklif edin və istədiyi qədər içməyə imkan verin, artığını isə tullayın.



Yemək yeyəndə su içmək olarmı?
Ramazanda düzgün qidalanmağın yolları
Arıqlamaq üçün niyə su içməliyik?
Keçi südünün müalicəvi xüsusiyyəti - Yaşlı adamlar üçün qurtuluş yolu
Oruc tutanda halsız olmamaq üçün bunları edin
Acqarına su içməyin sağlamlığa - 10 FAYDASI
Ölkədə niyə maye qaz problemi yaranıb? - SOCAR-dan açıqlama
Geomaqnit qasırğası ilə bağlı daha bir xəbərdarlıq
Hamiləlik zamanı mütləq diqqət edin...
İsti havada düzgün qidalanma necə olmalıdır?
Acqarnına bunları etməyin - 4 SƏHV
Soyuqdəymə ilə bağlı 5 YANILMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 