Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha problemli olur ki, üz dərimiz daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır. Nəticədə dərimiz stres vəziyyətinə düşür. Onun müdafiə funksiyaları azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru, ləkələr əmələ gəlir.
ONN media axşam.az-a istinadən bu səbəbdən üz dərinizə məhz qış fəslində necə qulluq etməyin yollarını sadalayır:
1. Səhərlər dərinin təmizlənməsi zamanı kosmetik gel, köpük və digər bu kimi vasitələrdən imtina etmək daha yaxşı olar. Bu vasitələr dərinin üzərində olan qoruyucu piy qatını dağıdaraq dərini müdafiəsiz edir. Xüsusi termal sudan və ya tərkibində spirt olmayan tonikdən istifadə etdikdən sonra dərinizə xüsusi qoruyucu krem çəkin, 15-20 dəqiqə gözlədikdən sonra kremin artığını salfetlə silin və daha sonra dekorativ kosmetikanı çəkin.
2. Qış aylarında skrablardan tez-tez istifadə etmək olmaz.
3. Qışda istifadə etdiyiniz dekorativ kosmetikada da müəyyən dəyişiklikər etmək lazımdır. Belə ki, pudra əvəzinə krem-pudradan istifadə edin, dodaq üçün olan parıltını yağlı pomada ilə əvəz edir. Kosmetika dəridə qoruyucu təbəqə yaradır ki, dəriniz daha yaxşı müdafiə olunur. Qışda suya davamlı olan kosmetikadan çox nadir hallarda istifadə edin.
4. Qışda meyvə və tərəvəzlər az olur ki, bizim orqanizmimiz (o cümlədən də, dərimiz) vitamin çatışmazlığından əziyyət çəkir. Bu səbəbdən qışda qidalandırıcı maskaları yayla müqayisədə daha tez-tez (həftədə 2-3 dəfə) etmək lazımdır.
5. Hər axşam xüsusi gecə qidalandırıcı və nəmləndirici kremlərindən istifadə edin. 20 dəqiqədən sonra kremin artığını dəridən salfetlə silin.



Quru dəriyə necə qulluq edilməlidir?
Üzə əncir çəkməyin faydaları...
30 yaşdan sonra dəriyə qulluq qaydaları
Yayda dəriyə qulluq - 7 ÇOX SADƏ QAYDA
Yazda dərinizə qulluq üsulunu dəyişin
Soyuq havada dərini necə qorumaq olar?- FAYDALI MƏSLƏHƏTLƏR
Bunun üçün sizə 10 dəqiqə lazımdır
Üz dərisini cavanlaşdıran yağlar
Bununla dərin daha cavan görünəcək
Adi soda ilə 3 möcüzəli MASKA. Cavan, təravətli, təmiz dəri!
Dəridəki ölü hüceyrələri təmizləyəcək 5 ÜSUL
Evdə qulluq möcüzələr yaradacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 