Tez yağlanan saçlar bir çox qadınların baş ağrısıdır.
Bunun səbəbləri arasında genetika, düzgün olmayan baxım, saçların tez-tez boyanması, laminasiyası və s. ola bilər.
Digər tərəfdən saçların həddindən tez yağlanmasının səbəbi sağlamlıq problemləri ilə də bağlı ola bilər. Hormonal pozulmalar, xroniki streslər, orqanizmdə piylərin mübadiləsinin pozulması saçların tez yağlanmasına səbəb olur.
ONN media saçların yağlanmasını azaltmaq üçün sizə bəzi sadə tövsiyələri təqdim edir.
1. Silikon olmayan şampundan istifadə edin.
2. Balzamdan istifadə edirsinizsə, ondan sonra saçlarınızı yenidən az miqdarda şampunla yuyun.
3. Saçları yuduqdan sonra sirkə və ya limon şirəsi əlavə olunmuş su ilə yaxalayın.
Çobanyastığı, palıd qabığı, ada çayı dəmləmələri (1 x.q. ot + 1 stəkan qaynar su) də saçların yağlılığını azaldır.
4. Gün ərzində saçlara mümkün qədər az toxunun.
5. Saçlarınızı çox isti su ilə yumayın. İsti su piy vəzilərinin fəaliyyətini daha da aktivləşdirir.
6. Saçlarınızı isti deyil, ilıq fenlə qurudun.
7. Saçların yağlılığını azaltmaq üçün rəngsiz xına və yaşıl və ya ağ gildən hazırlanan maskalardan istifadə edin. Maskanı hazırlamaq üçün xına və ya gili isti su ilə qarışdırın (sıyıq kimi alınmalıdır), ilıq olanda saçlara çəkin, 1 saat saxlayın, sonra saçınızı adi qaydada yuyun.
8. Kifayət qədər su için. Suyun az istehlakı da saçların tez yağlanmasına səbəb olur.(saglamolun.az)



Yapon qadınlarının gözəl saçlarının sirrləri
Şampunu əvəz edən ən effektli 5 təbii vasitə hansılardır?
Saçı tökülənlər MÜTLƏQ OXUSUN
Saçları tez-tez yağlanan xanımların DİQQƏTİNƏ!
Saçları tez-tez yağlanan xanımlar - MÜTLƏQ OXUYUN!
Saçı tökülənlər MÜTLƏQ OXUSUN! - İnanılmaz nəticə verir
Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ
Gözəl və qalın saçlar üçün İNANILMAZ maskalar
Saçların sağlamlığını təyin edən sadə EV TESTİ
Sağlam və parlaq saçlar üçün mükəmməl MASKA
Gec uzanan saçlar üçün maska
Saçlarınızı uzatmaq üçün bu asan və təbii yollardan istifadə edin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 