Nənələrimiz saçlarını şampunla yumurdu, balzam və kondisionerdən istifadə etmirdi, lakin buna baxmayaraq onların saçları müasir qadınların saçlarından qat-qat gözəl və həcmli idi.
ONN media xəbər verir ki, bunun səbəblərindən biri də keçmişdə saçlara baxım üçün istifadə olunan təbii vasitələrdir. Bu vasitələr həm saçları çırk və yağdan təmizləyir, həm də onları əla qidalandırır.
Bu vasitələrdən bəziləri ilə tanış olaq.
1. Yumurta
Yumurta həm saçları yaxşı yuyur, həm də kondisioner və balzam funksiyasını yerinə yetirir, saçları qidalandırır, uzanmasını sürətləndirir.Saçın uzunluğundan asılı olaraq 1-2 yumurtanın sarısını çalın, nəm saçlara çəkin, sonra yaxşı yuyun. Sonda saçları sirkə əlavə olunmuş su ilə yaxalayın.
2. Soda
Tez yağlanan saçlar üçün əsl tapıntıdır. Saçların yağlılığını azaldır, kondisioner kimi təsir edir.1 stəkan suya 1 x.q. soda əlavə edin, yaxşı qarışdırın. Bu suyu saçınıza çəkin, massaj edin. Sonra saçınızı yaxşı yuyun və ən sonda alma sirkəsi əlavə olunmuş su ilə yaxalayın.
3. Kosmetik gil
Gil yağı və çirki özünə hopdurur və saçları çox yaxşı təmizləyir.Ağ və ya yaşıl kosmetik gili ilıq su ilə qarışdırın (duru sıyıq kimi alınmalıdır). Gili saçınıza çəkin, adi şampunla kimi yuyun və yaxşı yaxalayın.
4. Xardal
Xardalı ilıq suda qarışdırın, saçınıza çəkin, massaj edin, su ilə yuyun, sonda sirkə və limon şirəsi əlavə olunmuş su ilə yaxalayın.
5. Çovdar unu
Çovdar unu ilıq suda yaxşı qarışdırın, saçınıza çəkin, massaj edin, su ilə yaxşı yuyun, sonda limonlu və ya sirkəli su ilə yaxalayın.



Soyuqda saçları qoruyan maskalar
Gözəl və qalın saçlar üçün İNANILMAZ maskalar
Saçları sabunla yumaq olarmı? - Mütəxəssis rəyi
Yapon qadınlarının gözəl saçlarının sirrləri
Saçları bərpa edən MÖHTƏŞƏM MASKA
Saçlarınız tez yağlanırsa, bu vasitələrdən istifadə edin
Saçları fenləmək ziyandır?
Mixəyin saçlara İNANILMAZ TƏSİRİ - VİDEO
Sağlam və parlaq saçlar üçün mükəmməl MASKA
Saçı ən qısa zamanda uzatmağın asan yolu
Adi soda ilə 3 möcüzəli MASKA. Cavan, təravətli, təmiz dəri!
Duzla saç maskaları - Möhkəm, canlı saçlar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 