Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı mövcud olan vəziyyəti dəyərləndirib.
ONN media xəbər verir ki, RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır. A.Əliyeva qeyd edib ki, heç bir məktəbəqədər müəssisədə və məktəbdə xəstəliyin artımı müşahidə edilmir:
"Heç bir müəssisədə xəstəliyin ocağı yoxdur. Xəstəliyin tək-tək hallarda müşahidə edilməsi isə adi haldır. Müallicə profilaktika müəssiələrimiz tərəfindən suçiçəyinə yoluxanlara diaqnozun vaxtında qoyulması, onların kollektivdən təcrid olunması, müaynəsi və müalicəsi, RGEM-in yerli şöbələri tərəfindən isə yerlərdə əks-epidemik tədbirlərin aparılması təmin edilir".
Dünyada suçiçəyi xəstəliyi ilə mübarizədə peyvəndin tətbiq edildiyini deyən A.Əliyeva qeyd edib ki, Azərbaycanda suçiçəyi idarəolunmayan xəstəliklər qrupuna daxil olunur: "Ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır və suçiçəyinə qarşı peyvənd tətbiq edilmir".



Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyi: Azərbaycanda səpkili xəstəliklərə nəzarət edilir
Səhiyyə Nazirliyindən qızılca ilə bağlı AÇIQLAMA
Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib
Səhiyyə Nazirliyi: "Havanın temperaturu getdikcə yüksəldiyi üçün..."
Azərbaycanda qızılcaya yoluxma halları azalıb
Azərbaycanda nə qədər adam qızılcaya tutuldu?- RƏSMİ
Azərbaycanda son günlər koronavirus belə yayılır - XƏBƏRDARLIQ
Azərbaycanda nə qədər qızılcaya yoluxan var?
Qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
DİQQƏT- Əhaliyə pulsuz vaksin vurulacaq
Şagirdlər və müəllimlər arasında qızılca və A (H1N1) virusu yayılıb? - RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 