Hazırda bir çox insan yaddaş zəifliyindən şikayət edir. Gərginlik, stress, informasiya çoxluğu, yuxusuzluq, düzgün olmayan qida və digər amillər yaddaşın zəifləməsinə gətirib çıxarır. Yaddaşın pozulması yaşlılarda daha çox rast gəlinsə də, son zamanlar gənclərin də bir çoxu bu problemdən əziyyət çəkir. Yaşlandıqca yaddaşın zəifləməsi normal sayıla bilər. Lakin gənclərdə yaddaş zəifliyinin səbəbləri əsasən yuxarıda qeyd etdiyimiz amillərdir. ONN media bildirir ki, mütəxəssislər yaddaşın yaxşılaşdırılması üçün ilkin olaraq düzgün qidalanmağı, hər gün eyni saatda yatıb durmağı və fiziki işlə məşğul olmağı məsləhət görür. Mütəxəssislər hesab edir ki, bir çox qidalar yaddaşı möhkəmləndirmək gücündədir. Bunların sırasında balıq əti, balıq kürüsü, yumurta, kakao, qoz və müxtəlif çərəzlər, lobya, meyvə-tərəvəz, süd və digərlərini misal göstərə bilərik. Səhər yeməkləri sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır. Həkim-nevropatoloqların fikrincə, səhər yeməyi zamanı şirin çay içmək orqanizm üçün çox faydalıdır. Bu, həm də yaddaşın möhkəmlənməsi üçün əvəzolunmaz vasitədir. Yaddaşın zəifləməsinin əsas səbəblərindən biri də damarlarda baş verən dəyişikliklərdir. İdmana zaman ayırmaq, eyni zamanda bərkdən kitab oxumaq, şeir əzbərləmək, yalnız lazım olan informasiyanı beyində saxlamaq və tərkibində kalsium, fosfor, A, C, E, B vitaminləri olan qidaları qəbul etmək yaddaşın möhkəmlənməsində sizə yardımçı olur. Alimlərin apardıqları araşdırmalar zamanı məlum olub ki, həddən artıq televizor izləmək də yaddaşa mənfi təsir göstərir. Hər gün 7 saatdan artıq zamanını televizor qarşısında keçirən insanlar televizora daha az baxanlara nisbətən 50% daha çox yaddaş zəifliyinə məruz qalırlar. Fiziki məşq zehni fəaliyyətə kömək edir. Öyrənməyə davam edin: Davamlı olaraq oxumaq, yeni hobbilər əldə etmək, tapmaca həll etmək zehninizi gücləndirir. Kifayət qədər yatın: Gündə səkkiz saatlıq yuxu ilə beyninizin dincəlməsinə şərait yaradın.(axar)
Yaddaşınızı gücləndirmək üçün bunları edin



Bu qidalar yaddaşı gücləndirir
Övladınızın zehnini açacaq - 10 QİDA
Alimlər: Qadınların yaddaşı kişilərə nisbətən daha yaxşıdır
Yaddaş itkisini bu üsulla dayandırın
Yaddaş zəifliyinin əsas səbəbi məlum oldu
Mədəmizi Yeni ilə necə hazırlayaq? - Şərabı su ilə əvəz edin
Bunu isə kökəlmək istəyənlər oxusun
Yaddaş zəifliyinin qarşısını necə almaq olar? - NEVROLOQ MƏSLƏHƏTİ
Beynin fəaliyyətini artıran 7 maraqlı üsul
Xəyallarla yaşamağın faydaları
Bu vitaminlərin çatışmamazlığı beyinə ciddi təsir edir
Səhər nə yesək faydalı olar?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 