Orqanizmə maksimum faydalı olan məhz səhər yeməyidir, çünki o, bədənimizi enerji ilə doldurur və bütün gün üçün əhval-ruhiyyə yaradır.
ONN media xəbər verir ki, diyetoloqlar zülallar, yağlar və karbohidratlardan ibarət səhər yeməyini məsləhət görürlər.
Sağlam qidalanmanın vacibliyini bildirən diyetoloqların məsləhət bildikləri ən yaxşı səhər yeməklərindən biri yulaf əzməsidir. Kalorisi azdır, lakin protein, B vitaminləri, kalsium, kalium, maqnezium, dəmir və liflərlə zəngindir.
Digər ideal səhər yeməyi variantı qarğıdalı, qarabaşaq, darı və digər dənli bitkilərdən hazırlanmış sıyıqdır. Bu qidalar kompleks karbohidratların mənbəyi hesab olunur. Bundan əlavə, onlar amin turşuları ilə zəngindir və bal, meyvə, qoz-fındıq, giləmeyvə, tərəvəz, pendirlə yaxşı gedir. Sağlamlığını və gözəlliyini qorumaq istəyənlər üçün əla qarışıqdır.
Zülal fiziki və zehni iş üçün enerji mənbəyidir. Hüceyrələrin bərpasına kömək edir və insan orqanizmində ən vacib "tikinti elementi" rolunu oynayır. Proteinli səhər yeməyinin həzm edilməsi çox çəkir, yəni toxluq hissi daha uzun müddət davam edir.
Çörək həvəskarlarına səhər yeməyi üçün kəsmik və tərəvəzlə sendviç hazırlamaq tövsiyə edilir. Kəsmiyi azca duzlu qızılbalıqla əvəz edə bilərsiniz.
Vitaminli səhər yeməyi dedikdə, dietoloqlar az yağlı qatıq, meyvə və ya giləmeyvə ilə hazırlanmış smuzi və kokteylləri nəzərdə tutur.
Mütəxəssislər acqarına portağal, xurma və armud yeməməyi tövsiyə edir, çünki onların tərkibində çoxlu qaba lif və turşu var.



Arıqlamağa kömək edən menyu
Səhər yeməyini mütləq yeyin - FAYDALARI
Övladınızın zehnini açacaq - 10 QİDA
Banan enerji və kalium mənbəyidir
Səhər yeməyinin faydaları nələrdir?
Səhər yeməyini niyə mütləq yeməliyik?
Cavan qalmaq istəyənlər MÜTLƏQ OXUYUN
Yorğunluqdan qurtulmaq üçün nə etməliyik?
Gənc dərinin və sağlam saçların SİRRİ
Bütün restoranlarda təklif edilən səhər yeməyi: onlardan qaçın
Səhər bu qidaları yeyin
Səhər yeməyi bu xəstəlikdən XİLAS EDİR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 