ONN İnformasiya Agentliyi

Ölkədə koronaya yoluxmanın pik həddidir – Həkim

Ölkədə koronaya yoluxmanın pik həddidir – Həkim
02 Aprel 2020 - 14:59

COVİD-19-la bağlı bu günün proqnozuna əsasən ümumi fikir belədir ki, infeksiyanın pik etapına qədəm qoymuşuq. Avropa da, biz də, qonşu dövlətlərdə də koronavirusa yoluxmanın pik həddi yaşanır.

ONN media xəbər verir ki, bu fikirlərlə həkim Vaqif Qarayev çıxış edib. Həkim bildirib ki, infeksiyanın pik həddi varsa, demək, sönmə dövrü də yaxınlarda olacaq.

Həkim bildirib ki, əhaliyə edilən “Evdə qal!” çağırışı kortəbii yoluxmanın qarşısını almaq üçün atılan ən optimal variantdır:

“Bu məsələdə inzibati tədbirlərlə yanaşı, vətəndaş məsuliyyəti də çox vacibdir! İşə gedənlərin iş yerləri vaxtaşırı dezinfeksiya olunmaqla, işçilər də vaxtaşırı testdən keçirilməlidilər”.

Həkim bildirib ki, poliklinika işçilərinin evlərə göndərilməsi düzgün iş deyil:

“Bu, yoluxma ehtimalını yüksəldir. Deyilənə görə, yoluxanlar da var. Kontaktda olanlar və xəstəliyi yüngül keçirənlər karantin məqsədi ilə evdə qalsalar yaxşıdır. Xəstəxanaları tibbi yardıma ehtiyacı olmayanlarla doldurmaq doğru deyil. Gürcüstanda bu kateqoriyadan olan insanlar üçün xüsusi “Temperatur Mərkəzləri” yaradılıb. Bizdə də belə mərkəz yaradılmalı və xüsusilə qızdırması olanlar nəzarətə götürülməlidir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png