ONN İnformasiya Agentliyi

Süd vəzi xərçəngi olanlar pəhriz saxlamalıdır?

Süd vəzi xərçəngi olanlar pəhriz saxlamalıdır?
26 Oktyabr 2022 - 17:15

Süd vəzi xərçəngi olanların kalorili qidalara daha çox üstünlük vermələri məsləhət görülür”.

ONN media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin canlı yayımının qonağı olan nazirliyin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.

Onkoloqun sözlərinə görə, xəstədən-xəstəyə fərq var:

“Sırf bunu yeməlisən deyə bir qayda yoxdur. Sadəcə normal qidalara üstünlük versələr yaxşı olar”.

H.Vəliyeva qeyd edib ki, qadınlar xəstəliyin olub-olmamasını özləri yoxlaya bilərlər:

“Süd vəzisində xüsusən maye ifrazı olub-olmadığı yoxlanmalıdır. Duş altında barmaqların ucu ilə toxunulmalıdır. Əlamət hiss edəndə qorxmaq lazım deyil. Yaşlarından asılı olmayaraq hər bir xanımın süd vəzisi yoxlanılmalıdır ki, xəstəlik varsa, təcili müalicə olunsun”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png