Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tural Cahangirov, müğənni İzzət Bağırovun sürücüsü Elçin Cavadzadə və Rəsul Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONN medianın xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə müğənni İzzət Bağırov ifadə verib. O bildirib ki, zərərçəkmiş Elməddin adlı şəxs onu təhqir edib və mübahisə bundan sonra başlayıb: "Mən səhnədə olan vaxt operator məni çəkirdi. Elməddin də operatorun üstünə qışqırdı ki, məni yox, onu çəksin və sonra mənim də ünvanıma nalayiq sözlər işlətdi. Bundan sonra mən onu tərbiyəli davranmağa dəvət etdim. Dedim ki, əgər istəmirsənsə, mən oxumaya bilərəm. 7-8 ilin sənətkarıyam bu cür hərəkət yaraşmaz. Bundan sonra mikrofonu söndürüb səhnədən getdim. Sonra baş verənlərdən xəbərim olmayıb".
Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" şadlıq evində baş verib.
Belə ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib. Mərasim zamanı qonaqlardan biri ilə müğənni İ.Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.
N.Aslanlı və qohumları ilə İ.Bağırovun sürücüsü, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N.Aslanlının başına küt alətlə zərbə endirilib.
Hadisəni törədən şəxslər saxlanılıb.



Anasını boğdu, sonra isə... - DƏHŞƏTLİ CİNAYƏT
Hava limanının əməkdaşının məhkəməsi başa çatıb
Eldar Həsənovun qudası məhkəmədə ifadə verdi
Kafedə tanışını elə döydü ki...
Eldar Həsənov prokurorun suallarını cavablandırdı
Falçılıqla məşqul olan şəxsə AĞIR CƏZA VERİLDİ
Bakıda ŞOK OLAY – Sürücü ona yol verməyən şəxsə GÖRÜN NƏLƏR ETDİ...
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
İcra başçısı istintaqda dindirildi
İlkin Süleymanov məhkəmədə ifadə verib
Müğənni aparıcılardan şikayətlənib
Gecə klubuna getdi, son əyləncəsi oldu...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 