Xalq artisti Qurban İsmayılov illər əvvəl sipirtli içkini tərgitməsindən danışıb.
Bu barədə aktyor ARB-nin efirində yayımlanan “Pərvizə görə” verilişində qonaq olarkən söz açıb.
O bildirib ki, içkiyə 1996-cı ildə tövbə edib:
“O da bir doğuluş idi. Tövbə etdim, mən həddindən artıq çox içirdim. İstəmirəm, bəhanə gətirim ki, 1990-cı illər idi və sairə. Mən 1985-ci ildə universiteti bitirdim, iş tapa bilmirdim. Rektorumuz Aslan müəllim demişdi ki, Tədris Teatrında qalarsan, burada işləyərsən. Onda evli idim, oğlum var idi. Ona görə mənə azad təyinat verdilər, dedilər ki, səni işə götürəcəklər. Lakin işə götürmədilər, bir il Tədris Teatrına getdim, heç bir maaş almadan. Düzdür, qayınata-qayınana, ata-ana kömək edirdi. Həyat yoldaşım məktəbdə dərs deyirdi. Dolanışıq var idi, insanlar bir-birinə qarşı isti münasibətdə idilər, köməkləşirdilər, darda qoymurdular. Sonra da məlum hadisələr başladı. Bizim bədnam qonşularımız... Həmişə deyirəm, ermənilər yaşamırlar. Bizə də imkan vermədilər yaşamağa. Ardınca Sovet dağıldı. Bizim də yaradıcı enerjimiz yığıldı içimizdə qaldı. O da belə özünü büruzə verdi ki, özümüzü necə sakitləşdirə bilərik? Onda da bir az Moskvaya, Rusiyaya köklənmək var idi. Çünki bu gün də Rusiya dünyanın teatr mərkəzlərindən biridir. Orada da böyük aktyorlar var idi, çox adam onlara görə, düzlənirdi. Eşidirdik ki, onlar da içirlər, biz də içirdik. Sonra bədən dözmədi, mən tövbə etdim, tərgitdim. Haradasa 28 ildir tərgitmişəm. Bunun da bəhrəsini gördüm, bəlkə də tərgitməsəm, onda ölə bilərdim. İkinci yox, bu üçüncü bahardır. Çünki 2022-ci ildə ürək əməliyyatı da keçirdim. Sağ olsunlar, DTX-nın poliklinikasının həkimləri məni həyata qaytardılar. Hələ ki yaşayıram”./MODERN.AZ



Aygün Kazımova qaçırılıb?- ŞOK İDDİA
Elgiz Xalq artistini müdafiə etdi
Xalq artistindən ŞOK ETİRAF: Nişanlı idim, toyuma 1 gün qalmış...
Xalq artisti dünyasını dəyişdi
Xalq artisti canlı efirdə boşandığı həyat yoldaşını bağışladı
İllər sonra Səməd Səmədovu bağışladı
Xalq artisti vəfat etdi
Xalq artisti VƏFAT ETDİ
Nazpəri Dostəliyeva oğlunun məzarı başında ŞEİR DEDİ - KÖVRƏLDƏN GÖRÜNTÜLƏR
Ramiz Novruzla bağlı vida mərasimi keçirilir
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 