Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb.
Parlamentdən verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 2025-ci il 6 avqust tarixli açıqlamasının davamı olaraq bildirir ki, “Facebook” sosial media və sosial şəbəkə platformasının Azərbaycan seqmentində qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan informasiya kampaniyası avqust ayı ərzində davam edib.
Dezinformativ xarakterli və təxribatçı fikirləri əks etdirən kampaniya vahid mərkəzdən idarə olunmaqla yeni yaradılmış “Caspian Xəbər”, “Caspian Times”, “İşıq Media”, “Pro Eminent Guild”, “Next Azerbaijan” və sair bu kimi səhifələr vasitəsilə həyata keçirilib.
Qeyd edilib ki, geosiyasi hədəflərə nail olmaq məqsədilə Azərbaycan Respublikasının informasiya məkanına edilən bu cür müdaxilə cəhdlərinin qarşısı aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində müvəffəqiyyətlə alınır.
Eyni zamanda bildirilib ki, “Meta” şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən səhifələrin hamısı ləğv etdirilib.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır, bənzər sosial media səhifələri ilə rastlaşdıqda bu barədə Milli Məclisin [email protected] elektron poçt ünvanına məlumat verməyi xahiş edir



VII çağırış Milli Məclisin ilk plenar iclası başladı
"Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib - FOTOLAR
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
Azərbaycana qarşı daha bir təxribat
Baş Prokurorluqdan XƏBƏRDARLIQ: sosial media və KİV...
"Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir"-İlham Əliyev
XİN: Fransanın Azərbaycana qarşı həyata keçirdiyi kampaniya cavabsız qalmayacaq
Azərbaycanda bu nazirliyin səlahiyyəti artırıldı
Əli Əsədov nazirləri TOPLADI
Dövlət Xidməti sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ
MN-də silsilə tədbirlər keçirildi
Səməd Seyidov: Futbol termini ilə desək, onlar cəmi bir qol vura bildilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 