Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri üç aya qədər uzadılıb.
ONN media xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi istintaq orqanını təqdimatı əsasında qərar qəbul edib.
Məlumata görə, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri mart ayına qədər artırılıb.
Qeyd edək ki, R. İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib.
Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova dələduzluqda ittiham edilir.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib.



Məşhur müğənni azadlıqda
Müğənni Rəqsanə həbs olundu
Məhkəmədən Rəqsanə ilə bağlı qərar
Müğənni rəqsanənin vəkili danışdı
Ata Abdullayevlə bağlı qərar verildi
DTX-nın saxladığı vəzifəli şəxslərin aqibəti necə oldu?
Həbs edilən qazidən YENİ XƏBƏR
Tiktoker azadlığa buraxıldı
Eldar Həsənovdan YENİ XƏBƏR var
Avtoşluq edən əsgərlə bağlı ŞOK FAKTLAR- SƏN DEMƏ...
Fədayə Laçından xəbər var
Sevinc Abbasova ilə bağlı xəbər var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 