Bu sözləri Publika.az-a açıqlamasında müğənni Nazəninin vəkili Heyrat Qarayev deyib: “Bakı Apelyasiya Məhkəməsinin 2 qətnaməsi mövcuddur. Hər iki qətnamədə qeyd olunur ki, İbrahimova Təranə Xeyrulla qızı Salayeva Nazəninə 500 manat pul ödəməlidir. Bundan başqa Nazənin xanımdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Digər qətnamədə də göstərilir ki, cavabdeh şəxs, İbrahimova Təranə Nazənin xanımın həyat yoldaşı Məhəbbət bəyə 3 min manat təzminat ödəməli və onun barəsində dediyi fikirləri də təkzib etməlidir. İcra şöbəsində bu məhkəmə qətnaməsi icradadır. İcra məmuru ilə əlaqə saxladıq, həmçinin Ədliyyə Nazirliyinin rəhbərliyinə rəsmi müraciət olundu. Məhkəmə qətnaməsinin icrasından İbrahimova Təranə yayınır. Ədliyyə Nazirliyi tərəfindən bu məsələ nəzarətə götürüldü. Qısa müddət ərzində 3500 manat pul Nazənin xanım və onun həyat yoldaşı Məhəbbət bəyə ödənilməsi təmin edildi. Əlavə olaraq Təranə İbrahimova barəsində qanuna müvafiq ölçü götürüldü. O, açıq-aşkar icra şöbəsində izahat yazaraq məhkəmə qətnamələrini icraatından yayındığını bildirib. Yəni, icra etməyəcəyini deyib. Və buna görə də o, əvvəl icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə İnzibatı Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, 1000 manat cərimə edilib. Cərimə olunandan sonra icra məmuru tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Təranə İbrahimova bu istiqamətdə heç bir addım atmayıb. Artıq bir neçə gün öncə icra şöbəsindən Təranə İbrahimovaya rəsmi qaydada müraciət olunub. Qısa müddətdə məhkəmə qətnaməsi üzrə tələbləri tam təmin etmədiyi halda onu Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı istiqamətində işlər görüləcək. Bu maddədə göstərilir ki, həmin şəxs 3 il müddətində azadlıqdan məhrum edilə bilər ”.
Vəkil onu da əlavə edib ki, məhkəmə qərarına əsasən, Təranə Qumral ölkədən kənara çıxa bilməz: “Bir neçə gün öncə məhkəmənin qərarına görə, İbrahimova Təranə Xeyrulla qızının ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Nərimanov Rayon Məhkəməsində qərardad qəbul edilib. Bu qərar da zəruri idi.
Qeyd edək ki, T.Qumralla Nazənin arasında qalmaqal “ANS”-in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. Və Nazənin məhkəmə qərarı ilə həyat yoldaşının müğənni Təranə Qumralla münasibətinin olmasını sübut etmişdi.



Təranə Qumral məhkəməyə çıxarılacaq
Təranə Qumral Ali Məhkəməyə müraciət etdi
Təranə Nazənindən belə acıq çıxdı
Təranə Səmədova həbs olundu
Özündən yaşca kiçik kişiyə ərə gedən azərbaycanlı məşhurlar KİMLƏRDİR?
Təranə Səmədovanın saxlanılma səbəbi məlum oldu
Vəsiqəsini girov qoyan deputatın nə qədər borcu var? - Siyahı
Vilyam Hacıyevlə bağlı qərar verildi
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Təranə Səmədova ilə bağlı elə bir fakt açıqlandı ki...
Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 