Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında məhkəmə çəkişməsi davam edir.
ONN media Report -a istinadən xəbər verir ki, aşağı instansiya məhkəməsinin qərarlarından narazı qalan T.Qumral bu dəfə Ali Məhkəməyə üz tutub.
Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edən müğənni barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Şikayət hakim Tahir Kazımovun icraatına verilib.
Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal "ANS"in "Bazar səhəri" verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala "Səni ərimlə tutdum" deyib. T.Qumral isə öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral 4 min manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan T.Qumral apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.



Təranə Qumral məhkəməyə çıxarılacaq
Təranə Qumralın ölkədən çıxışına qadağa qoyuldu - O, həbs oluna bilər
Təranə Nazənindən belə acıq çıxdı
Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Özündən yaşca kiçik kişiyə ərə gedən azərbaycanlı məşhurlar KİMLƏRDİR?
Yaqub Zurufçu Vergilər Nazirliyini məhkəməyə verib
Azərbaycanda məşhur restoranın sahibi HƏBS EDİLDİ
Müğənni Elnar Xəlilovun bəraət hökmü qüvvədə saxlanılıb
Tanınmış müğənni infarkt keçirtdi
Lənkəranda DƏHŞƏTLİ QƏTL - Evinə gələn qonağı...
Məşhur müğənninin mülkləri ilə bağlı qərar verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 