Müğənni Xatirə İslam xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevaya haqqında növbəti açıqlama verib.
ONN media Musavat.com-a istinadla xəbər verir ki, ifaçı aktrisanın ipotekada olan evi üçün müğənnilərdən pul yığmasını qınayanlara cavab verib: "Bəli, mən sənət yoldaşlarımdan pul yığanda elə bilirdim səhhəti ilə bağlıdır. Biz yaxşılığımızı, insanlığımızı etdik. Zaurun proqramında məsələyə tam aydınlıq gətirdik. İndi niyə, nə üçün yığdıq biz bunu fakt xəstəlik məqsədi ilə başladıq. Mənə “Bunu niyə etdin? Yaxınlarımızda daha ağır vəziyyətdə olanlar var" deyənlər də oldu. Mən buna görə sənət dostlarımın, sevənlərimin gözündən düşdümsə, o məbləği cibimdən qaytarmağa hazıram.
Adam bir yaxşılığı edib ətrafında bu qədər dolanmaz. Məncə, hərdən insanın həyatında elə problemi olur ki, hətta xəstəlik də onun yanında yalan kimidir. Ona görə də biz Tünzalə xanımı rahat buraxsaq, yaxşı olar. O da öz problemini, dərdini həll etsin təki. Biz hər şeyi Allah üçün edirik. Tək bunu yox, hər şeyi. Allah bizi qorusun. Bizim səhnədə, sənətdə çalışan, vuruşan, sevilən ulduzları qorusun. Biz də yaxınlara, dostlara imkan daxilində əl tuta bilək.
Bir də yazırsız ki, "Məbləği niyə açıqladız?". Açıqlamağı müğənni dostlarım istəməyə bilər, amma mən pul məsələsində çox dəqiq insanam. Bəlkə, kimsə düşünərdi ki, 20 olmalıydı, niyə 17 oldu? Hər şey su kimi aydın olsa, yaxşıdır. Mən də rahat olum, onlar da. Lənət olsun, içimdəki bu dəqiqlik hissinə. Halallıq gözəldir".
Qeyd edək ki, "Bizimləsən" verilişinə qatılıb və evinin ipoteka krediti üçün pul toplayan Tünzalə Əliyevaya tənqid olunub. Onun xəstəliyindən istifadə etməkdə ittiham ediblər.



Xatirə izləyicilərini təhqir etdi
Məşhur azərbaycanlı XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşdi
"Toppuş bacı" ərindən yazdı: "İnsan dar gündə tanınar"
Xatirə ilə Vasifin İnstaqram qalmaqalı
Xatirə "Toppuş bacı"ya etdiyi köməyə görə peşman olub? - FOTO
Xatirə İslam xəstəxanalıq oldu
Zaurun efirdən qovduğu müğənni nələri danışdı?
Aygün Bəylərlə bağlı üzücü xəbər
Xalq artisti İlham Əliyevə təşəkkür etdi
Putinlə görüşməyə hazıram – Papa
Toppuş bacı ilə bağlı üzücü xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 