Türk estradasının məşhur simalarının Azərbaycan toylarında iştirakı ənənə halını alıb. Aydın məsələdir ki, onların ölkəmizə gəlişi toy sahibləri üçün elə də ucuz başa gəlmir. Bunun üçün ev sahibləri külli miqdarda pul xərcləyirlər ki, bu da, zaman-zaman mətbuatda və ictimaiyyətdə gündəmə çevrilir.
Bəs görəsən, türkiyəli məşhurların Azərbaycan toylarında oxuması üçün nə qədər vəsait tələb olunur?
Yenicag.az məsələ ilə bağlı araşdırma aparıb, bir sıra təşkilatçılar arasında sorğu keçirib. Sorğunun nəticəsinə əsasən, bəlli olub ki, Azərbaycan toylarına ən baha qiymətə gələn Tarkandır. Meqastarın ölkəmizə təşrif buyurması üçün nə az, nə çox düz yarım milyon dollar tələb olunur ki, bu da nadir hallarda qeydə alınır. İkinci sırada isə ötən günlərdə paytaxtımızın qonağı olan, Heydər Əliyev sarayında konsert verən Ajda Pekkandır. Superstarı toya dəvət etmək istəyən şəxs 200 min dollarından keçməlidir. Üçüncü və dördüncü yerləri isə Murad Bozla Hadisə tutur. "O səs Türkiyə”nin münsifləri Azərbaycanda toya 120 min dollara gəlirlər. Maraq üçün onu da bildirək ki, Murad Boz ötən həftə Bakıdakı toyların birində iştirak edib. İddialara görə, o toya 400 min dollara gəlib. Ancaq əldə etdiyimiz məlumata görə, yayılan xəbər həqiqəti əks etdirmir. Onu da öyrəndik ki, Azərbaycana ən ucuz qiymətə toya gələn sənətçi Ebru Yaşardır. Onun toyda oxumasını istəyən şəxs 15 min dollarından keçməlidir.
Qeyd edək ki, türk sənətçiləri içərisində toya getməyənlər də var. Bunlar Özcan Dəniz və Mahsun Kırmızıgüldür.
Digər məşhur türk müğənnilərinin Azərbaycan toyları üçün qiymətləri aşağıdakı kimidir:
Sərdar Ortaç – 80 min dollar
Mustafa Ceceli – 60 min dollar
Fərhad Göçər – 50 min dollar
Zərrin Özər – 40 min dollar
Kibariyə – 40 min dollar
Alişan – 35 min dollar
Ebru Yaşar – 15 min dollar



Toya müğənni çağırmaq neçiyə başa gəlir?
Türkiyəli müğənninin konsert qiyməti neciyədir?
SOCAR-dan benzin qiymətləri ilə bağlı - AÇIQLAMA
"Diliniz üçün ürəyim gedir" - Ajdanın Bakı konserti
Həyət toyları bu qaydalarla keçiriləcək - DİN-dən AÇIQLAMA
Müğənnilərin inanılmaz yeni il qiymətləri açıqlandı
21 yaşlı Cenner ƏN VARLI məşhur oldu
Türkiyəli məşhur müğənni Azərbaycanda konsert verdi
Azərbaycanda bu avtomobillər bahalaşıb
Azərbaycan bu iş üçün 7 milyon dollar ayıracaq
Edisin konsert qiyməti dodaq uçuqlatdı
Fazil Say Bakıda konsert verəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 