Azərbaycanda son aylarda hibrid avtomobillərinin qiymətində 15 faizə qədər artım müşahidə edilir.
ONN media xəbər verir ki, bu barədə Trend-ə avtomobil nəqliyyatı üzrə ekspert Elnur Əliyev deyib.
E.Əliyev bildirib ki, hibrid avtomobillərinin bahalaşması təkcə Azərbaycanla bağlı deyil, ümumilikdə dünyada bu avtomobillərə tələbat artıb. O qeyd edib ki, hazırda Azərbaycanda hibrid avtomobillər arasında ən çox maraq “Toyota Prius” markasınadır.
Ekspertin sözlərinə görə, bu avtomobillər Azərbaycana əsasən birbaşa ABŞ-dan və ya Gürcüstan vasitəsilə gətirilir: “Azərbaycana daha çox 2006-2008-ci illər arasında istehsal olunan avtomobillər gətirilir. Bu avtomobillər ABŞ-dan hərrac vasitəsilə alınır. Əvvəllər hərracdan avtomobilləri daha ucuz qiymətə və rahat şəkildə almaq olurdu, yəni hərrac iştirakçılarının sayı az olurdu. Lakin indi daha çox ölkələrdən avtomobil alıcıları hərraclarda iştirak edir və tələb artığı üçün qiymət də bahalaşır. İndi hərracda avtomobillər əvvəlkindən təqribən 1000 dollar baha satılır. Bu qiymət artımı əlbəttə ki, Azərbaycandakı qiymətlərə də təsirini göstərir.
Məsələn, iki-üç ay öncə Azərbaycanda 2008-ci il istehsalı olan yaxşı vəziyyətdə “Toyota Prius” avtomobilini 12500 manata almaq mümkün idisə, bu gün həmin avtomobil 13800-14000 manata satılır. Yəni son iki-üç ayda qiymətlər 15 faizə qədər bahalaşıb. Bu avtomobillərə maraq əsasən onların daha az yanacaq işlətməsi ilə əlaqədardır”.



Payızda Azərbaycanda avtomobillər bahalaşacaq?
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR
Azərbaycanda bu maşınlar ucuzlaşıb
Bu avtomobillər ciddi fəsadlara yol aça bilər - XƏBƏRDARLIQ
Azərbaycanda bir sıra avtobillər UCUZLAŞIB
Maşın almaq istəyənlərə PİS XƏBƏR
Avtomobil bazarında qiymətlər bahalaşacaq?
Azərbaycana gətirilən hibrid avtomobilləri vergidən azad edilir
Azərbaycanda ən populyar avtomobillər hansılardır?
Maşın bazarında SÜKUNƏT - Nə baş verir?
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 