Xalq artisti Eyyub Yaqubov koronavirusa mahnı oxuyub.
ONN media xəbər verir ki, o, bəstəkar Elçin İmanovla “Facebook” sosial şəbəkəsində canlı yayıma çıxıb. Xalq artisti bir-birindən gözəl mahnılarını ifa edərək, karantin dövründə insanları evdə qalmağa çağırıb.
Maraqlısı isə Eyyub Yaqubovun “Ağabala Çaykovski” mahnısının sözlərini dəyişərək koronavirusa mahnı ifa etməsi olub.