ONN İnformasiya Agentliyi

Məşhur cütlük 28 il sonra boşandı

Məşhur cütlük 28 il sonra boşandı
07 Aprel 2018 - 23:42

“Qiyam”, “kurtlar vadisi Pusu”, “Karadayı”, “Mehmed: Bir Cihan Fatihi” seriallarının aktyoru Atsız Karadumanla 28 illik həyat yoldaşı, aktrisa Səma Karaduman boşanıb.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, boşanma ərizəsini məhkəməyə Səma Karaduman təqdim edib. Ərizədə uşaqlarının olmadığını və aralarındakı anlaşılmazlıq üzündən yola getmədiklərini yazan aktrisa qarşılıqlı razılaşma əsasında ayrılacaqlarını qeyd edib. Atsız Karadumanın adına olan avtomobil xanımına verilib.

Cütlüyün birlikdə yaşadığı ev isə yarı bölünüb. Aktyorun Bodrumdakı evi isə aktrisaya verilib. Tərəflər bir-birindən hər hansı maddi-mənəvi təzminat tələbi etməyiblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png