ONN İnformasiya Agentliyi

Əbülfəs Qarayev Edmond Ademi ilə görüşdü

Əbülfəs Qarayev Edmond Ademi ilə görüşdü
02 İyul 2019 - 23:04

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, irs üzrə tanınmış mütəxəssislər iştirak edir.

İyulun 2-də Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev Şimali Makedoniyanın Portfelsiz Hökumət naziri Edmond Ademi ilə görüşdü.

Əbülfəs Qarayev Şimali Makedoniyanın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında fəal iştirak etdiyini vurğuladı. Bildirdi ki, bu, Şimali Makedoniya tərəfinin ölkəsində olan mədəni irs nümunələrinə verdiyi dəyərin bariz nümunəsidir.

Nazir iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə geniş potensialın olduğunu diqqətə çatdırdı.

Edmond Ademi öz növbəsində Azərbaycanın Ümumdünya İrs Komitəsinin sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini dedi. Qeyd etdi ki, Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin yüksək səviyyədə iştirakında öz sözünü demiş ölkədir.

Qonaq həmçinin Şimali Makedoniya ərazisində yerləşən mədəni irs nümunələrinin qorunması və tanıdılması ilə bağlı UNESKO ilə daha sıx əlaqələrin inkişafına çalışdıqlarını bildirdi. Söylədi ki, ölkəsi bu sessiyadan da Şimali Makedoniya üçün uğurlu nəticələr gözləyir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png