Bakıda son 30 ildə ilk dəfə olaraq Azərbaycan Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında görkəmli italiyalı bəstəkar Cüzeppe Verdinin “Rekviem”i səslənəcək. ONN media xəbər verir ki, bu barədə “Trend” məlumat yayıb. Əsər iyunun 28-də müxtəlif ölkələrdən olan musiqiçilərin ifasında Heydər Əliyev Mərkəzində təqdim olunacaq. Konsert ərəfəsində professor Yalçın Adıgözəlov gözlənilən çıxış barədə danışıb və “Rekviem”in Bakıdakı son ifası ilə bağlı xatirələrini bölüşüb. “Yaşlı və orta nəsil 1991-ci ildəki tarixi ifanı xatırlayar. Həmin il Azərbaycan xalqı müasir tarixinin faciəvi zamanını yaşayırdı. Komendant saatı ləğv olunan kimi, biz filarmoniyada “Messa”nı ifa etdik. Sanki bütün şəhər ədalətsizlik və xəyanətə qarşı etiraz etmək, acılarını ifadə etmək üçün gəlmişdi. Vətənpərvərlik hisslərinin cuşə gəlməsi fonunda musiqiçilər imperiyanın zorakılıq maşınına qarşı barışmaz mövqeyini ortaya qoydu. Biz öz vətəndaşlıq borcumuzu yerinə yetirdik, həmin vaxt bu, zəruri bir addım idi”, - deyə Y.Adıgözəlov xatırlayır. Maestronun sözlərinə görə, 1991-ci ildə Fidan Qasımova, mezzo Validə Paşayeva, bas Ağakərim Kərimov, gürcü tenor Timuri Ququşvili çıxış etmişdi. Kapellaya Elnarə Kərimova rəhbərlik edirdi. “İndi isə xorla Xalq artisti Gülbacı İmanov məşğul olur. Məhz onun sayəsində biz gürcüstanlı həmkarlarımız Liana Çonişvili və Lela Dolidzeni kollektivləri ilə birlikdə Azərbaycana dəvət etməyə nail olmuşuq. Solistlər Rusiyanın aparıcı dram sopranolarından olan Yelena Mixaylenko, Avropa səhnələrində məşhur olan, almaniyalı mezzo-soprano Mareyka Yankovski, bizim gənc, lakin artıq Avropaya ciddi səda salmış tenor Azər Zadə və yüksəlməkdə olan ulduz, İtaliya publikasının sevimlisi Antonio Di Matteo (bas) olacaq”, - deyə o bildirib. Y.Adıgözəlov nə üçün yenidən Verdinin “Rekviem”ini ifa etmək fikrinə düşdüyünə də aydınlıq gətirib: “İlk növbədə məqsəd görkəmli italiyalının şedevr əsərini dahiyanə partituranın tam mənəvi qüdrəti və fəlsəvi dərinliyi ilə tamaşaçıya çatdırmaqdır. Bəstəkarın ideyalarının yüksək səviyyəli bədii ifadəsi üçün çoxsaylı ifaçıların öz yaradıcı və fiziki bacarıqlarını tam şəkildə səfərbər etməsi tələb olunur.” Qeyd edək ki, iyunun 28-də saat 20:00-da Heydər Əliyev Mərkəzində “Cüzeppe Verdi: Rekviem” adlı klassik musiqi gecəsi keçiriləcək. Əsər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının xoru, Batumi Dövlət Musiqi Mərkəzinin kapellasının ifasında təqdim olunacaq.
Bakıda Verdinin ölməz əsəri ifa olunacaq



Xalq artisti ilə bağlı son xəbər
Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert təşkil olunacaq
Moskvanın Böyük Teatrında azərbaycanlıların iştirakı ilə opera oynanılacaq
"Leyli və Məcnun" nümayiş olunacaq
Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi
Azərbaycan mədəniyyətinə BÖYÜK İTKİ: Xalq artisti vəfat etdi
Yalçın Rzazadənin cənazəsi Lənkərana yola salındı
Azərbaycanda xalq artisti vəfat etdi
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
Fazil Say Bakıda konsert verəcək
Qonşu ölkədə komendant saatı yenidən tətbiq olunur
Komendant saatının ləğvi ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycan buna görə birinci yerdədir
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq?
Xəzər dənizində zəlzələ oldu
Messi rekordları alt-üst etdi
Məryəmin orqanları 6 nəfərə həyat verdi
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb 