Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turundan sonra komendant saatı yenidən tətbiq olunur. ONN media xəbər verir ki, seçkilərin ikinci turu ilə əlaqədar komendant saatı ləğv edilmişdi. Lakin hökumət yaranan epidemioloji vəziyyəti nəzərə alaraq qadağaların yenidən tətbiqinə qərar verib. Noyabrın 22-dən başlayaraq Tiflis, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Poti şəhərlərində saat 22:00-dan 05:00-dək komendant saatı tətbiq olunacaq. Qərara əsasən, bu qadağa nəqliyyat və şəxsi avtomobillərin istifadəçiləri ilə yanaşı piyadalara da şamil olunacaq. Lakin məhdudiyyətlər beynəlxalq yük daşımalara, Əməliyyat Qərargahı ilə razılaşdırılaraq hərəkəti rəsmi vəzifələrin icrası üçün vacib olan şəxslərə və həmin şəxslərin nəqliyyat vasitələrinə, o cümlədən tibbi və əczaçılıq, strateji və media nümayəndələri və çatdırılma xidmətləri hesab olunan kuryerlərə şamil olunmayacaq. Komendant saatının qaydalarını pozan, qanuna tabe olmayan fiziki şəxslərə 2 000, hüquqi şəxslərə isə 10 000 lari cərimə tətbiq olunacaq.
Qonşu ölkədə komendant saatı yenidən tətbiq olunur



Xarkovda komendant saatı elan olundu
Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə MÜRACİƏT
DİN-dən vətəndaşlara komendant saatı ilə bağlı MÜRACİƏT
Komendant saatında BUNU EDƏNLƏR cəza alacaq
Gürcüstanda bəzi məhdudiyyətlər bu gündən LƏĞV OLUNDU
Bu gündən Xarkovda komendant saatı dəyişir
Minneapolisdə də komendant saatı uzadıldı
DİN -dən sürücülərə müraciət
Türkiyədə komendant saatının müddəti AZALDILDI
Gürcüstanda komendant saatı qüvvədə qaldı
Komendant saatının ləğvi ilə bağlı VACİB AÇIQLAMA
Şri-Lankanın şərqində komendant saatı ləğv edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 