Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başladı. Həmin vaxt ölkəmizdə müxtəlif təxribatların qarşısını almaq üçün komendant saatı elan olunub. Xəbər verdiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsinin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran məsələ Azərbaycanda komendant saatının bitəcəyi və döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı ilə bağlıdır.
ONN media xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, komendant saatı ilə bağlı məsələ cənab prezidentin səlahiyyətində olan məsələdir:
"Nə qədər ki, hərbi vəziyyət davam edərsə, komendant saatı da davam edəcək. Komendant saatı hərbi vəziyyətə əməl edilməsində istifadə olunan meyarlardan biridir. Ona görə də hərbi vəziyyət davam edənə qədər komendant saatı da qüvvədə qalacaq. Açığı komendant saatının nə zaman ləğv ediləcəyi ilə bağlı fikir səsləndirməkdə çətinlik çəkirəm. Bu məsələ ali rəhbərliyin səlahiyyətindədir. Bununla bağlı daxil olan bütün informasiyalar, mövcud vəziyyət təhlil olunur və ondan sonra qərar verilir. Ali Baş Komandan nə zaman uyğun görərsə, o zaman komendant saatının ləğv edilməsi ilə bağlı fərman imzalanacaq".



Xarkovda komendant saatı elan olundu
Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə MÜRACİƏT
Komendant saatı nə vaxt aradan qalxır?
DİN-dən vətəndaşlara komendant saatı ilə bağlı MÜRACİƏT
Bu gündən Xarkovda komendant saatı dəyişir
Komendant saatında BUNU EDƏNLƏR cəza alacaq
Türkiyədə komendant saatının müddəti AZALDILDI
Minneapolisdə də komendant saatı uzadıldı
Xersonda komendant saatı elan olundu
DİN -dən sürücülərə müraciət
ABŞ -da komendant saatı daha 2 gün uzadıldı
Qonşu ölkədə komendant saatı yenidən tətbiq olunur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 