25 iyun 2019-cu il tarixində “Qalereya 1969”da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın fərdi sərgisi təşkil ediləcək. ONN media xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Rizvan İsmayıl 1969-cu ildə Gürcüstanın Bolnisi rayonu, Zveli-Kveşi kəndində anadan olmuşdur. O, 1986-1990-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Rəssam 2007-ci ildən Tbilisi, İstanbul, Brüssel, Lüksemburq, Bakı, Paris (Karusel dyu luvr) və Moskvada fərdi və qrup sərgilərində iştirak etmişdir. Onun əsərləri fərdi kolleksiyaları və qalereyaları bəzəyir. Rizvan İsmail 2015-ci ildə Gürcüstan Rəssamlar Federasiyasının üzvü, 2016-cı ildə Azərbaycan Reklamçılar İttifaqının üzvü, bu ittifaqın Gürcüstan bürosunun rəhbəri olmuş, 2017-ci ildə Gürcüstan Rəssamlar İttifaqına üzv seçilmişdir. Rəssam 2016-cı ildə Türk dünyasının “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib. O, rəssamlıq, heykəltəraşlıq və memarlıqda tətbiq olunan yeni “Numerologizm” (Əbcədizm) üslubunun yaradıcılarındandır. Numerologiya-rəqəmlərin bir-birilə qarşılıqlı münasibəti və əks-təsiri olan fiziki obyektlər, proseslər, insan həyat və şüurunun sirli əlaqələrinin mövcudluğu ilə bağlı ezoterik (gizli) inanc sistemidir. Rizvan İsmayıl “İdeal cəmiyyət”, “Özünəqayıdış”, “Müqəddəs”, “Rəqəmsal”, “Üç kitab”, “Sirli mağara”, “Yaşam tərzi”, “Dua anında”, “Fərqli düşüncə”, “Mehriban ailə”, “Həyatın rəngi”, Yüksəliş”, “Yeni doğuluş”, “İnsan”, “Müqəddəs 40” və s. əsərlərin müəllifidir. Sərginin açılışı 25 iyun saat 18:30-da “Qalereya 1969” da (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 69 E) baş tutacaq. Sərgiyə giriş sərbəstdir. Media nümayəndələri dəvətlidirir.
Rizvan İsmayılın fərdi sərgisi keçiriləcək



Azərbaycanın əməkdar rəssamı vəfat etdi
Məşhur azərbaycanlı rəssam koronavirusdan vəfat etdi
Rəssam Elayın Neapolda növbəti sərgisi keçiriləcək
25 dekabr Məmməd Dəmirçioğlunun vəfat etdiyi gündür
25 DEKABR MƏMMƏD DƏMİRÇİOĞLUNUN VƏFAT ETDİYİ GÜNDÜR
Bu gün Məmməd Dəmirçioğlunun vəfat etdiyi gündür
4 iyul Məmməd Dəmirçioğlunun doğulduğu gündür
4 İyul Məmməd Dəmirçioğlünün doğulduğu gündür
Tahir Salahov harada dəfn ediləcək? - AÇIQLAMA
Azərbaycanlı rəssam vəfat etdi
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək
Məşhur Azərbaycan rəssamı iki qitə arasında “Ağ körpü” saldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 