Baş Nazir Novruz Məmmədov “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
ONN media xəbər verir ki, hökumət başçısının sərəncamında qeyd olunub ki, Ədliyyə Nazirliyi Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla aşağıdakı işləri həyata keçirməldiir:
Prezidentin aktlarının “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməldiir.
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində Azərbaycan Kabinetinə təqdim olunmalıdır.
Maliyyə Nazirliyi Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirlikləri ilə sərəncamın 1-ci hissəsinə əsasən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının müəyyən edilməsi ilə bağlı razılaşdırılmış təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə verməlidir.
Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, sərəncamın 2.3-cü bəndinin və 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirilər.
Bu sərəncamın 1-ci, 3-5-ci hissələrinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinə, 2-ci hissəsinin icrasına nəzarət Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilib.



Bu təhsil işçilərinin maaşı artırılır — QƏRAR
O müəllimlərin MAAŞI ARTDI
Bu müəllimlərin maaşı artırıldı
Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı
Prezidentin təhsillə bağlı mühüm sərəncamları – Siyahı
Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM
Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir
Bu müəllimlərin yeni maaşları TƏSDİQLƏNDİ
Prezidentdən bu şəxslərə ŞAD XƏBƏR
Baş Nazirdən YENİ QƏRAR
Baş nazir “Beşbarmaq dağı” ilə bağlı sərəncam imzalayıb
Baş nazirdən Nazirlər Kabineti ilə bağlı SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 