“Ölkənin əsas problemlərindən biri məmurların keyfiyyətidir. Bunun da əsas səbəbi dövlət qulluğuna qəbulun qeyri-obyektiv və qeyri-şəffaf yollarla aparılması idi”. Bunu hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirib ki, hazırda bu səbəbin təsiri azalıb: qəbul, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən test üsulu ilə aparılır. Lakin hüquqşünas indi də başqa problemin ortaya çıxdığını deyir. Bu da imtahanların və sualları hazırlayanların öz keyfiyyəti ilə bağlıdır: “Belə ki, imtahanda verilən test tapşırıqlarının əhəmiyyətli hissəsi söz oyunu üzərində qurulur. Bu isə namizədi qanunvericiliyin mahiyyətini öyrənməyə yox, səthi olaraq əzbərləməyə kökləyir. Aydındır ki, bu qədər geniş qanunvericilik proqramını praktiki olaraq əzbərləmək mümkün deyil. Test tapşırığının şərti verilən variantlar içərisindən doğru olanı tapmaqdan ibarətdir. Variantlarda isə müəyyən bir qanunvericilikdən hər hansısa maddə olduğu kimi götürülüb A, B, C və D variantlarına yerləşdirilir. Sadəcə 1 doğru variantdan başqa qalan digər variantlara cümlənin içərisinə “yalnız”, “amma”, “ancaq”, “digər”, “müvafiq” və s. kimi sözlər salınaraq (və ya həmin sözlər çıxardılaraq) namizədi çaşqın duruma salırlar. Tapşırığı oxuyan namizəd bu sualın bütün variantlarının doğru olduğunu hesab edir və beləliklə, yanlış cavab vermə ehtimalı artır. Və eyni zamanda test variantları arasında qanunun mahiyyətini dəyişməyən sinonim sözlərdən istifadəyə geniş yer verilməsi də namizədlərin “başağrısı” na çevrilib. DİM-in öz saytında yerləşdirdiyi məlumata əsasən, cari ilin aprel ayında BA qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmiş 444 namizəddən yalnız 35 (8%) nəfəri keçid minimumunu yığa bilib. Nəzərə alsaq ki, DİM publik hüquqi şəxs olduqdan sonra imtahanlar ödənişli (82-129 manat arası) əsaslarladır, onda məntiqi olaraq düşünmək olar ki, imtahanda iştirak edən 444 nəfərdən uzağı 1 faizi təsadüfi hazırlıqsız namizəd ola bilər. Qalan namizədlərin isə hazırlaşaraq imtahandan keçə bilməməyi bu məsələ barəsində ciddi suallar yaradır. Əslində 92 faiz neqativ göstəricinin nəticəsi araşdırılıb, məsələyə hüquqi qiymət verilməlidir. DİM-in təşkil etdiyi bu “test oyunu” namizədlərə kifayət qədər ciddi maliyyə və vaxt itkisinə başa gəlir. Hətta 8-ci dəfə imtahandan kəsilən namizədlər var”. Ə. Həsənov bildirir ki, digər məsələ isə uğur qazanmış namizədlərə verilən sertifikatın qüvvədə olma müddəti ilə bağlıdır. Belə ki, dövlət qulluğu haqqında qanuna əsasən sertifikatın qüvvədə olma müddəti 5 ildir və şəxs bu sertifikatını qüvvədə saxlamaq üçün hər 5 ildən bir olmaqla əlavə 2 dəfə imtahana girməlidir. “Tamamilə absurd və DİM-in maliyyə gəlirlərinin təmin olunmasına hesablanmış yersiz bir maddədir. Sertifikat ömürlük olmalıdır. Bu heç də məmurların vaxtaşırı attestasiyasını istisna etmir... Bütün bunlar olunla nəticələnəcək ki, gənc, savadlı, dürüst, yaradıcı kadrlar bütün bunlardan iyrənərək dövlət qulluğuna getməyəcək. Yenə qalacağıq SSRİ-nin mirası olan bisavad, əliəyri, kütbeyin məmurların əlində. Bəlkə DİM elə məhz bunu istəyir?”.Yeniavaz
“DİM məmurların bisavad, əliəyri olmasını istəyir?” – İmtahanlardakı biyabırçılıq



Bu imtahanların nəticələri dəyişdirilib?- DİM
DİM imtahan nəticələrində ciddi qüsurlara yol verdi
Dövlət imtahanının sualları təkrar idi?
DİM imtahan nəticələrinə dəyişiklik etdi
DİM-dən bu gün imtahan verənlərlə müraciət
DİM bu imtahanın nəticəsini ləğv etdi
Dövlət Qulluğu imtahanının nəticələrində DƏYİŞİKLİK OLUNDU
DİM bu sualların izahını yaydı
Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ!
DİQQƏT: Cavablar açıqlandı
DİM-dən dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ
Azərbaycanda test imtahanları ləğv edilir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 