ONN media xəbər verir ki, Ham və ətraf kənd bölgə sakinləri Bələdiyyənin hazırladığı tədbirlərlə həftə sonlarını çox maraqlı keçiriblər. Ham şəhər bayram festivalında "Azərbaycan Belçika Dostluq Cəmiyyəti" Azərbaycanı təmsil edib. Hər il ənənəvi olaraq Ham şəhərində keçirilən tədbir bu il də olaraq keçirildi. Havanın gözəl olması əyləncəyə biraz da coşqu qatıb. Festivala bələdiyyə sədri Dirk De Vis başda olmaqla siyasi şəxsiyyətlər, bələdiyyə işçiləri, qurumun idarə heyyəti ilə bərabər minlərlə insan qatılıb. Minlərlə insanın qatıldığı bu tədbirdə Azərbaycanın mədəniyyətinin və sənətinin sərgiləndiyi stend Belçikalılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalda Azərbaycan mədəniyyətini tanıdan Azərbaycan Belçika Dostluq Cəmiyyətinin qurucu rəhbəri Ayxan Dəmirçi çıxış edib. O çıxış zamanı deyib: " Ham bələdiyyəsinin hər il ənənəvi olaraq hazırladığı şəhər mədəniyyət və əyləncə proqramına dəvət olunduğumuz üçün çox məmnunuq. İki stendlə qatıldığımız Ham şəhər festivalında Azərbaycanın mədəniyyətini, tarixini yaxşı bir formada Ham şəhər sakinlərinə eləcə də digər ətraf şəhər sakinlərinə çatdırmağa çalışdıq. Eyni zamanda stendimizdə xüsusi olaraq hazırlanmış CD, bukletlər də festival iştirakçılarına paylanılıb. Azərbaycan mətbəxinə aid olan ətli yarpaq dolması, aş növləri və şirniyyatlar festival iştirakçılarına təqdim edilib. Bu təamlar təxmini sayları 10 min nəfər olan festival iştiralçıları tərəfindən çox bəyənilib. Festivala qatılanlar, Bələdiyyə başçısı Dirk De Vis, bir sıra siyasətçilər bizi festivalda gördüklərindən məmnun olduqlarını qeyd etdilər. Azərbaycanın tarixi, mədəniyyəti haqqında çox da məlumatları olmadığını bildirən tədbir iştirakçılarına bu barədə geniş məlumat verildi. Azərbaycan bayrağının Ham səmasında dalğalanmasına vəsilə olan, Azərbaycan və Azərbaycan mədəniyyətini, tarixini insanlara çatdırmaq üçün bizə bu şəraiti yaradan Ham bələdiyyə başçısı başda olmaqla digər əməyi keçən şəxslərə təşəkkürümüzü bildiririk" dedi. Ham və digər şəhərlərdə, xüsusən də Avropa və Belçikanın paytaxtı Brüsseldə Azərbaycan bayrağının dalğalanmasını təmin edən Belçika Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti cənab Ayhan Dəmirçini təbrik edir, işlərində uğurlar arzulayırıq. Qafarova Fəridə
Azərbaycan mədəniyyəti Ham şəhərində



Ham səmalarında Azərbaycanın bayrağı dalğalandı
Belçikada Novruz bayramı böyük coşqu ilə qeyd olundu
Belçikada 20 yanvar şəhidləri anılıb
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirildi
Əminə Ərdoğan Bakıya gəlir
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi
Latviyada Novruz şənliyi keçirildi
Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunlarında
Fizuli Məmmədov təqdirəlayiq addım
Avropa azərbaycanlıları Brüsseldə Azərbaycan Prezidentinə dəstək aksiyası keçiriblər
Monteneqroda “Bakı” küçəsi açıldı
Brüsseldə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 