Xəbər verdiyimiz kimi, İranın müxtəlif şəhərlərində ötən axşamdan benzinin 3 dəfə bahalaşmasına görə xalq etirazları başlayıb. ONN media GünAz TV -yə istinadən xəbər verir ki, bu gün ərzində keçirilən etirazlar zamanı polisin insanlara atəş aşması nəticəsində azı 9 nəfər ölüb. Məlumatlara əsasən, ölüm hallarının 4-ü Xürrəmşəhr, qalanlar isə hərəsində 1 nəfər olmaqla, Sircan, Şiraz, İsfahan, Behbahan və Kərəcdə qeydə alınıb. İnsan haqları fəalları etiraz dalğasının Məşhəd, Bircənd, Buşehr, Əhvaz, Mahşəhr, Gəçsaran, Babol, Ümidiyyə, Şuştər, Zahidan, Güney Azərbaycan şəhərləri və digər bölgələrə də yayıldığını bildirirlər. Müxtəlif şəhərlərdə ayağa qalxan xalq dövlətdən benzinə tətbiq edilmiş qiymət artımını ləğv etməyi tələb edir. İranın hökumət saytlarında çıxan məqalələrdə insanların "siyasi şüarlar səsləndirmədikləri", "yalnız benzinin bahalaşmasına" etiraz etdikləri iddia olunur. Lakin sosial şəbəkələrdə aksiyalardan yayılmış videolarda xalqın "ölüm olsun diktaturaya" və İranın Yaxın Şərqdə yürütdüyü siyasətə qarşı şüarlar səsləndirdiyi, eləcə də "dini lider" Əli Xamneyinin şəklini yandırdığı nəzərə çarpır. Məşhəd şəhərindən yayılan videolarda insanların avtomobillərini yollarda saxlayıb getmələri, eləcə də "Ruhani həya et, ölkəni azad et", "diktator həya et, ölkəni azad et" kimi şüarlar səsləndirdikləri müşahidə edilir. Bəzi görüntülərdə isə təhlükəsizlik qüvvələrinin sivil etirazçı xalqın üzərinə hücum çəkdiyi görünür. Xatırladaq ki, Xatırladaq ki, İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb. Bu isə ölkə vətəndaşlarını şoka salıb.
İranda polis etirazçılara atəş açdı: ölənlərin sayı 9 nəfərə çatdı



İranda hökumət tərəfdarları da KÜÇƏLƏRƏ AXIŞDI
İranda etirazlar davam edir: helikopterdən atəş açıldı
İranda etirazlar zamanı ölənlərin sayı 20 nəfərə çatdı
Cənubi Azərbaycan AYAĞA QALXDI
İranda etirazlar: Azərbaycan şəhərində ölüm - Video
İranda etiraz aksiyasında 40 nəfər saxlanıldı
İranda aksiyalarda 10 nəfər öldürüldü
İranda etiraz aksiyalarının miqyası genişlənir
İranda aksiyalarla bağlı son durum necədir?
Benzin 2,5 dəfə bahalaşacaq – YENİ QİYMƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 