"Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib. Bunlardan biri qanun qəbul etməklə bunun qarşısının sərt formada alınması, digəri isə təbliğat yoludur. Hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir". ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. O qeyd edib ki, təbliğ etmək yolu ilə bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur: “Yəni, vəfat edənin kimliyindən asılı olmayaraq, yəni onun zənginliyinə, kasıblığına fərq qoyulmadan yas mərasimləri keçirilməlidir. Bu məsələdə tanınmış ictimai-siyasi xadimlər, dövlət xadimləri, bir də milli qəhrəmanlar, torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar istisnadır. Digər insanlar hamısı bərabərdir”. S.Novruzov qeyd edib ki, Nazirlər Kabineti artıq nümunəvi qəbiristanlıqlarla bağlı qərar verib: “Artıq bununla bağlı yerlər ayrılmaq üzrədir. Hər biri bərabər olacaq. Yenə də qeyd etmək istəyirəm ki, Fəxri Xiyaban və Şəhidlər Xiyabanında dəfn edilən şəxslər istisnadır. Bir daha qeyd edirəm ki, qalan insanlarının hamısının dəfn və yas mərasimləri eyniyyət təşkil etməlidir”. Komitə sədri yas mərasimlərinin keçirilməsi ilə bağlı qeyd edib ki, artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb: “Bakı şəhərində də bu istiqamətdə işlər gedir. Bəzi yerlərdə artıq həll olunub. Bəzi yerlərdə isə hələ də israfçılığa yol verilir. Biz istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlar bu məsələdə əziyyət çəkməsinlər”.
DİQQƏT-Azərbaycanda dəfn mərasimləri ilə bağlı qaydalar DƏYİŞİR



Siyavuş Novruzov: "Hər kəs eyni səviyyədə və formada dəfn ediləcək"
Siyavuş Novruzov Rafael Cəbrayılovun istefasından DANIŞDI
Siyavuş Novruzovdan YAP-ın rayon təşkilatlarının sədrlərinə ÇAĞIRIŞ
Hər məsciddə bir icma olmalıdır - Siyavuş Novruzov
Bələdiyyələr tənqid edildi
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Yaxın günlərdə böyük əfv sərəncamı gözlənilir
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Novruzovun şok müraciətinə – Hərəkatçılardan cavab
Siyavuş Novruzov: "Tarixi abidələrin qorunması işləri gücləndirilməlidir"
Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər
Elçibəyin oğlundan Siyavuş Novruzova - Cavab
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 