“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”.
ONN media-nın APA-ya istinadən məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.
“Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın” deyən dövlət başçısı vurğulayıb ki, tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir.
Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını deyən prezident İlham Əliyev təcrid siyasətinin torpaqlarımız azad olunana kimi davam etdiriləcəyini deyib.
Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir.
Azərbaycanın bu yolla uğurla getdiyini bəyan edən prezident İlham Əliyev bildirib ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması gələcək illərdə də diqqət mərkəzində saxlanacaq.
Ölkə başçısı gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının qeyri-neft sektoru ilə bağlı olduğunu bildirib.
Prezident İlham Əliyev 2018-ci ilin də sürətli inkişaf ili olacağına əminliyini ifadə edib.
Azərbaycanın iştirak etdiyi qlobal layihələrin, Cənub Qaz layihəsinin əhəmiyyətindən danışan dövlət başçısı ölkənin malik olduğu iqtisadi güc və resursların siyasi müstəqilliyimizi də gücləndirdiyini vurğulayıb.



İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir
İlham Əliyevdən Paşinyanın hədələrinə cavab
Ermənistan dalan ölkəyə çevrilib - İlham Əliyev
Prezident İlham Əliyev: Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq
Prezident: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı"
“Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var” - İlham Əliyev
İlham Əliyev Ermənistandan bunu tələb etdi
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir- İLHAM ƏLİYEV
Ölkə başçısı -“Gənclərimizlə fəxr edə bilərik”
Prezidentdən Ukrayna ilə bağlı AÇIQLAMA
Prezident Pakistana minnətdarlıq etdi
“Mənim sözüm birdir” - İlham Əliyev
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 