Azərbaycan bayrağı bu gün işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaq.
ONN media xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır.
İlham Əliyev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaq: "Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Bunu ədalət və beynəlxalq hüquq tələb edir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".
Xatırladaq ki, artıq neçə gündür, Ermənistanın yeni baş naziri Nikol Paşinyan danışıqlar prosesində erməni mövqeyini kəskinləşdirməyə, qondarma "DQR"in müstəqilliyini birtərəfli qaydada tanımağa yönəlik radikal bəyanat və çağırışlarla çıxış edir.



Prezident İlham Əliyev: Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq
Qarabağla bağlı bu tezis darmadağın edildi- İlham Əliyev
Prezident İlham Əliyev: Bu gün dirçələn və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir
Azərbaycan münaqişə ilə bağlı dünya ictimaiyyətini kifayət qədər məlumatlandırmağı bacarıb
Prezident İlham Əliyev: "Ermənilər bu ərazidə gəlmə millətdir, köçürülüblər"
İlham Əliyev: "Ermənistanı təcrid siyasəti davam etdiriləcək"
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir- İLHAM ƏLİYEV
Azərbaycan XİN Paşinyanın bəyanatına cavab verdi
Prezidentdən Ukrayna ilə bağlı AÇIQLAMA
Ermənistan dalan ölkəyə çevrilib - İlham Əliyev
Qarabağla bağlı mitinq heç nəyi həll etmir - Deputat
İlham Əliyev: "Heç bir referendum olmayacaq"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 