Bir qayda olaraq antiazərbaycan və antitürkiyə dairələr, onların hər iki qardaş ölkədə olan əlaltıları Ankara və Bakı üçün həssas olan dönəmlərdə bəlli bir ssenari əsasında hərəkətə keçir, verilən tapşırıqlar əsasında Azərbaycan və Türkiyə ictimaiyyəti arasında gərginlik yaratmağa çalışırlar. Bu günlərdə qardaş ölkə Suriyanın İdlib bölgəsində 30-dan artıq şəhid verdiyi bir vaxtda Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Türkiyə ilə bir yerdə olduğunu bəyan etdiyi halda, bəzi antiAzərbaycan və antiTürkiyə əlaltıları yenidən gündəmə atılıb və onlar Türkiyə əleyhinə fikirlər söyləməyə başlayıblar.
ONN media xəbər verir ki, bu dəfə antiTürkiyə mövqeyi ilə seçilən nə qədər qəribə də olsa Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Təbriz İlhamoğlu olub. Belə ki, o, facebook profilində Türkiyəni işğalçı adlandırıb. Bu antiTürkiyə mövqeli insan hətta qardaş türkləri təhqir etməkdən belə çəkinməyib:
“Türk Azərbaycanın heç vaxt dostu ola bilmıəz. Türklər yalnız Azərbaycan xanımlarını fahişə gözündə görürlər”. AntiTürkiyə mövqeli Təbriz İlhamoğlu daha sonra Türkiyənin İdlibdə apardığı hərbi əməliyyatı qınayıb:
“Türk İdlibə niyə soxulur ki, şəhid də versin?”. Farsa xüsusi münasibəti və sevgisi hiss edilən QHT təmsilçisi həyasızcasına türkü erməniyə bərabər tutub:
“Sən deyirsən erməni mənim düşmənimdir, torpağımı işğal edib. Türkə də elə deyirlər. Camaatın torpağını işğal edir. Öpüb başlarının üstünə qoymayacaqlar ki, türk erməniyə bərabərdir. Azərbaycanın Azərbaycandan başqa dostu yoxdur. Türk yalnız İsrail, Amerikanın əl oyuncağıdır”.(aznewscenter.az)



Bu ölkəni yalnız Türkiyə xilas edə bilər
Atəşkəs pozuldu, GƏRGİNLİK ARTDI: Türkiyə bu bölgəyə QOŞUN YERİDİR
Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
Prezidentdən şəhid ailələrinə şad xəbər
Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
Sahil Babayev Türkiyədən nümayəndə heyətini qəbul etdi
Rəsmi Bakı Türkiyəni TƏBRİK ETDİ
Rusiya və Türkiyənin başqa çıxışı yoxdur- Ekspert
İlham Əliyev: "Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir"
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 