Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənədli filminin 20-ci bölümü Azərbaycanın tanınmış milyonçusu, dünya şöhrətli xeyriyyəsi Hacı Zeynalabdin Tağıyevə həsr olunub. ONN media xəbər verir ki, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun ssenari müəllifliyi ilə ekranlaşdırılan filimdə Hacı Zeynalabdin Tağıyevin zəngin mənalı ömründən bəhs olunur. Milyonçunun bütün həyatını əks etdirən kadrlara aid mətinlərdə onun sağlam düşüncəsi, uzaqgörən qərarları, milli mətbuatımızın inkişafına, təhsil və maarifçilik işlərinə göstərdiyi dəstək, Bakının abadlaşması naminə həyata keçirdiyi tədbirlər barədə tamaşaçılara müfəssəl məlumat verilib. Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba, yazıçı Mina Tansel və başqaları tarixi faktlar və rəsmi sənədlər əsasında böyük xeyriyyəçinin tarixi fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan xalqının milli oyanışında, Cümhuriyyətimizin qurulmasında böyük əməyi olan Hacı Zeynalabdin Tağıyevin həmişəyaşar adı müasir Azərbaycan dövlətində ən sevimli tarixi şəxsiyyət kimi uca tutulur. / Azərtac
TRT televiziyası azərbaycanlı milyonçuya film həsr etdi



Hacı Zeynalabdin Tağıyevin abidəsi bu tarixdə açılacaq
Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM
Hacı Zeynalabdin Tağıyevin qohumu ilk dəfə Azərbaycana gəldi
Hacı Zeynalabdin Tağıyev məşhur türk serialında– VİDEO
Hacı Zeynalabdin Tağıyevin evi təmir edildi - VİDEO
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında
Şimali Kiprin “Güneş TV” kanalı Milli Qurtuluş Gününə proqram həsr edib
Fikrət Əmirov və Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək
Tağıyevin heykəli nə vaxt ucaldılacaq? - RƏSMİ AÇIQLAMA
Tağıyevin Fransadakı nəticəsi: “Qarabağa gedəcəm və..."
Hacı Zeynalabdin Tağıyevin heykəli belə olacaq - FOTO
Tağıyevin nəticəsi: Bu tarixdə Bakıya yenə gələcəm
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 