Tanınmış aktyor, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışının iki ay ərzində baş tutacağını bildirib.
ONN media xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.
“Çoxdan bəri Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını gözləyən hər kəs üçün çox yaxşı, pozitiv xəbər! Bu gün Heydər Əliyev Fondunun nümayəndələri ilə əlaqə saxladım və mənə bildirdilər ki, iki ay ərzində böyük həmyerlimizin abidəsi planlaşdırıldığı yerdə - İçəri Şəhar metro stansiyasının yaxınlığında ucaldılacaq. Görkəmli azərbaycanlı, xeyriyyəçi və vətənpərvər Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinə sayğı göstərən və hörmət edənləri bu gözəl xəbər münasibətilə təbrik edirəm!”, - deyə B.Bağırzadə qeyd edib.
Həmçinin o, abidənin açılışının böyük tarixi və mədəni hadisə olduğunu vurğulayıb.(publika.az)



Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında
Hacı Zeynalabdin Tağıyevin evi təmir edildi - VİDEO
Bəhram Bağırzadə Prezidentlə görüşdən danışdı: “Çox şad oldum ki..."
Tağıyevin heykəli nə vaxt ucaldılacaq? - RƏSMİ AÇIQLAMA
Tağıyevin nəticəsi: Bu tarixdə Bakıya yenə gələcəm
Tağıyevin abidəsində postamentdən niyə imtina edilib?
Hacı Zeynalabdin Tağıyevin qohumu ilk dəfə Azərbaycana gəldi
Hacı Zeynalabdin Tağıyevin heykəli belə olacaq - FOTO
TRT televiziyası azərbaycanlı milyonçuya film həsr etdi
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə görüşdü - Tağıyevin heykəli üçün ərazi seçildi
Tağıyevin Fransadakı nəticəsi: “Qarabağa gedəcəm və..."
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 