Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudiyyətlə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan şəxslərin mart ayının 19-dan 29-dək qeyd olunan ərazilərə girişləri üçün qadağanın qüvvədə olmasına baxmayaraq, ayrı-ayrı minik və yük avtomobillərinin sürücüləri tərəfindən qeydiyyatsız sərnişinlərin daşınması hallarına tez-tez rast gəlinir. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin verdiyi məlumata görə, qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən bir daha xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranmaması, habelə özlərinin məsuliyyətə cəlb edilməmələri üçün xüsusi rejimə ciddi riayət edilsin, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan sərnişinlərin həmin istiqamətdə daşınması hallarına yol verilməsin. Əks təqdirdə respublikanın müxtəlif şəhər və rayonlarından qeydiyyatı olmayan sərnişinlərin daşınması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması, yəni epidemiya əleyhinə rejimin pozulması kimi qiymətləndiriləcək və bu qaydaları pozmuş sürücü və sərnişinlərə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə və ya bir ayadək müddətə inzibati həbs cəzası tətbiq ediləcək.
Sürücü və sərnişinlərin nəzərinə: DYP XƏBƏRDARLIQ EDİR



Yol polisi bir gündə mindən çox şəxsi CƏZALANDIRDI
Yol polisindən XƏBƏRDARLIQ
DYP-dən rayonlara getməklə bağlı AÇIQLAMA
Sərt karantin günlərində neçə nəfər cərimələnib?
Yol Polisi müraciət etdi: Bu avtobuslara MİNMƏYİN
Bayram günlərində rayonlara getmək istəyənlərin - DİQQƏT!
DYP-dən XƏBƏRDARLIQ: 8 sentyabra qədər...
Başqa şəhər və rayonlardan Bakıya sərnişin daşımaları qadağan olunur - RƏSMİ
DYP: Əziyyət çəkib gəlməyin, buraxmayacağıq!
FHN-dən çimərliklərlə bağlı növbəti xəbərdarlıq
Sərt karantin günlərində 635 nəfər cərimələndi
Bu yollarda polis postları quruldu - DİQQƏT!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 