Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. ONN media xəbər verir ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir. Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür. Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Buna görə də infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.
SON DƏQİQƏ: Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı



Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı
SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı - SON DƏQİQƏ
SON DƏQİQƏ: Azərbaycanda 27 yeni koronavirus yoluxma faktı qeydə alındı
Azərbaycanda daha 6 koronavirusa yoluxma qeydə alınıb
Operativ qərargah xəstəxanalarda müalicə edilənlərin vəziyyətini açıqladı
Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu
Daha 2 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ
Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 29 yeni yoluxma faktı - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 